Kürd İcması Bakıda tutulan PKK-çılarla bağlı aaçıqlama verdi
Azərbaycan Bir neçə gün əvvəl Bakının Suraxanı rayonu ərazisində Qaraçuxur məscidini yandıranlardan biri Namiq Nəsibov haqqında maraqlı məlumat əldə etmişik.
Azərbaycan “Ronayi” Kürd Mədəniyyət Mərkəzinin sədri ANS TV-yə açıqlamasında onun bir neçə ay əvvəl təşkilatdan qovulduğunu bildirib. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayan Namiq Nəsibovun hərəkətlərini qınayıb.
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev deyir ki, o, öz adından və cəmiyyətin adından onların bu hərəkətini pisləyirəm: “Namiqi tanıyıram Laçın rayonundandır, milliyətcə kürddür. Bir daha onu vurğulayıram ki, onlar cəmiyyədən müəyyən işlərinə görə uzaqaşdırılblar və onların “Ronayi” Kürd Mədəniyyət Mərkəzi ilə hec bir əlaqəsi yoxdur”.