“Sağ əli” Rövşən Lənkəranskini satıb?

3-12-2014, 05:41   
“Sağ əli” Rövşən Lənkəranskini satıb?

ANAXEBER.TV Yenilik.Az-a isdinaden bildirir ki,Bu günlərdə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məşhur azərbaycanlı kriminal avtoritet, Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin “sağ əli”, “Rufo Gəncinski” ləqəbli “vor zakon” Ulfət Tağıyevin istintaqa sensasion ifadə verdiyi barədə məlumatı KİV-lərə ötürdü.
Yenilik.Az xəbər verir ki, Virtualaz.org saytı xatırladır ki, həmin xəbərdə ötən ilin avqustunda Moskvada həbs olunan “Rufo”nun məşhur kriminal “general”, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlində əlinin olduğunu etiraf etdiyi vurğulanırdı. Və istinaqda dərhal “Ded Xasan”ın qətlinin Lənkəranski tərəfindən sifariş verildiyi versiyasına əminlik yaranmışdı.
Lakin “Moskovskiy komsomolets” yazır ki, “Rufo”nun ifadəsi şübhəlidir. Kriminal aləmin nümayəndələrinin qəzetə bildirdiyinə görə, “Rufo” doğrudan da Lənkəranskiyə borcludur. Çünki “Rufo”nun başına “vor” tacını şəxsən Lənkəranski qoyub, özü də “Ded”in öldürülməsindən iki həftə əvvəl.
Amma kriminal aləmin nümayəndələri deyirlər ki, “Ded”in qətlinin Lənkəranski tərəfindən sifariş verilməsi daha çox polisin uydurmasıdır.
Doğrudur, istintaqda Lənkəranskinin “Ded”dən yaxa qurtarmağın işin xeyrinə olacağı barədə telefon danışığı var. Ancaq “Rufo”nun istintaqda dediyi kimi, “Ded”i vuran killerin hadisə yerindən uzaqlaşması üçün marşrut işləyib hazırlaması versiyasi tutarlı hesab olunmur. Çünki “Ded”i peşəkar killer-snayper vurub və bu cür peşəkarlar aradan çıxmaq üçün hansısa marşruta ehtiyac duymurlar. Xüsusən də “Rufo” kimi orta səviyyəli “vor” tərəfindən hazırlanmış marşruta…
Bildirilir ki, “Rufo” həbs olunandan sonra “Matrosskaya tişina” həbsxanasının xüsusi blokunda saxlanılır. O, həbs olunandan sonra istintaqa ifadə verməyib və məlumata görə, özünü dəliliyə vurub. “Rufo”nu hətta müalicə üçün psixiatrik xəstəxanaya da aparıblar.
Ehtimal olunur ki, “Rufo” özünü “Ded Xasan”ın qətlinin təşkilatçısı kimi qələmə verməklə təcridxanada saxlanılma şəraitini yaxşılaşdırmağa çalışır. Yaxud onun məqsədi istintaqı çaşdırmaqdır. “Ded Xasan” 2013-cü ilin fevralında Moskvada azərbaycanlılara məxsus “Staryı fayton” restoranından çıxarkən güllələnib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.