Sosial şizofreniklər və sosial damğaçılar...
Millət vəkili opponentlərinə xitabən məqalə yazdı, ittihamlar irəli sürdü
Redaksiyadan: Millət vəkili İqbal Ağazadənin qələmə aldığı bu yazı avqustun 18-də tərəfimizdən dərc olunub. Lakin AXCP sədri Əli Kərimli elə bir mühit yaradıb ki, bəzi sözləri təkrar- təkrar söyləməyə zərurət var.
Beləliklə, musavat.com həmin yazını təkrar təqdim edir:
*****
Heç əlimə qələm almaq istəmirdim... Lakin “Yeni Müsavat” qəzetinə son müsahibəmdən sonra şəxsim barədə yazdıqlarınız bir daha sizlərə elmdən, siyasətdən nələrisə xatırlatmağın vacib olduğu qənaətini yaratdı. Çünki, sizlər də vətən övladısınız, maariflənməyə də ən çox ehtiyacı olanlardansınız - xanımlı, kişili bunu son müsahibəmə münasibətdə göstərdiniz. Müsahibəyə reaksiya barədə lap sonda... İndi isə...
Siyasi proseslərin bütün dönəmlərində qışqırmaq, eyni şüarlar söyləmək, həmişə düşmən axtarmaq, toplum mədəniyyətinə inteqrasiya etmədən qrup mədəniyyətinin içində marginallaşmaq - bu sizin yaşam tərzinizə çevrilib, sadəcə adın dəyişdirib müasir terminologiyalara uyğunlaşdırmaq cəhdi var içinizdə...
Təqlidçilər və marginallaşmışlar
Sosial anlamda marginallaşma daha çox mədəniyyətlərdə özünü göstərər. Mədəniyyətlər isə az qala hər gün dəyişir, yeniləşir. Dəyişilməyənlər özünə qapanır, toplumun içərisində öz varlıqlarını pis də olsa köhnələri yaşatmaqla saxlayırlar. Sizlər də öz varlığınızı marginallaşdırmaqla qoruya bilirsiniz, eynən zəncilər Amerikanın şimal bölgələrində özlərini ağdərililərdən ayırdığı kimi, türklər Avropada özlərini dönərxanalar, geyim və yemək mədəniyyəti ilə qorumağa çalışdıqları kimi, uzaq ekvator meşələrində yaşayanlar qədim adətlərinə söykənərək mədəniyyətə açılım etmədikləri kimi. Siyasi proseslərin bütün dönəmlərində qışqırmaq, eyni şüarlar söyləmək, həmişə düşmən axtarmaq, toplum mədəniyyətinə inteqrasiya etmədən qrup mədəniyyətinin içində marginallaşmaq - bu sizin yaşam tərzinizə çevrilib, sadəcə adın dəyişdirib müasir terminologiyalara uyğunlaşdırmaq cəhdi var içinizdə. Ən pis hərəkətinizi belə demokratikliyin adına yazmaq istəyi isə sadəcə avantüradan başqa bir şey deyil.
Nə qədər qışqırmaq, nə qədər eyni şüarları söyləmək, başınızda dayananları belə eyni şüarla böyütmək olar??!
Bax, bu qrup mədəniyyətinizin toplum mədəniyyətindən üstün tutularaq mühafizəsi və sonda marginallaşmadır.
Uşaq babasını, atasını, anasını, təqlid etdiyi kimi siz də hakimiyyəti təqlid edirsiniz. Çünki insan güclü olana heyran olur, ona həsəd aparır, onu təqlid edir.
Siz marginalsınız...
Öz dəyərlərinizə fanatik bağlılıq dialoqu rədd edər, marginallaşmaya yol açar, ictimai barışa xidmət edən xətt tuta bilməz, nəticədə kiçilər. İnanmırsınız? Bu neçə ildə nə qədər kiçildiyinizi və bir qrup olaraq kənarda yaşadığınızı fərq etmirsinizmi? Siz siyasi düşərgədə də yalnızlaşmaq yolunu tutmusunuz, heç kimsə ilə sona qədər ola bilmirsiniz, qrup mədəniyyətinin mühafizəkarlığı sizi tətikləyir. Yalnızlıq isə marginallaşmanın ilk şərtidir. Bu qrup refleksi sizi inkarçı edir. Siz siyasətdə belə hər kəsi inkar edirsiniz, şərləyirsiniz, hədyan deyirsiniz, hətta söyüş söyürsünüz, təhqir edirsiniz. Qorxursunuz sanki sizin qrup mədəniyyətini əlinizdən alacaqlar deyə... Eynən qədim dövrlərdə qatarın gəlişinə qarşı çıxanlar kimi. Onlar da xoş məram göstərirdilər - faytonçular ac qalacaq deyə. Siz həm də təqlidçisiniz.
Uşaq babasını, atasını, anasını, təqlid etdiyi kimi siz də hakimiyyəti təqlid edirsiniz. Çünki insan güclü olana heyran olur, ona həsəd aparır, onu təqlid edir. Hakimiyyətin gücü ədalətsizlikdə olduğu kimi siz də ancaq ədalətsizliyi təqlid edə bilirsiniz. Bu gün insanları tutmaq, haqqını əlindən almaq imkanınız məhduddur. Yoxsa daha pis olarsınız. Gücünüz yetən qədər edə bilərsiniz - ancaq sizin olan qəzet səhifəsində söymək, azad olan sosial şəbəkədə təhqir etmək. Daha böyük imkanlar sizi daha zalım edə bilər. Deməyin ki, siz 1992-1993-cü illərdə hakimiyyətdə olaraq söylədiyim kimi olmamısınız.
Cəmiyyət marginallaşan və təqlidçi qrupa qarşı mübarizə aparmayacaqsa onun böyümək şansları və toplumu özünə oxşatmaq imkanları var. Marginallaşma radikalizmi artırır.
Müxalifətdə alternativinizin yaranacağı fobiyası sizi hər şeydən və hər kəsdən qorxudur. Qorxduğunuz üçün də dağıtmağa, hər kəsi şərləyib sıradan çıxarmağa meyllisiniz.
Radikallar və fanatlar...
Radikalizm keçmişdəki hər şeyi dəyişmək kimi bir fəaliyyətə deyilir. Təbii, bunun pozitiv tərəfi də var. Lakin siz pozitivi qəbul etməyənlərsiniz. Bir cəmiyyətdə problemlər varsa və o problemlərin çözülməsi üçün məsul olan tərəflər dialoqa gəlmirsə savaş çıxır. Bu gün sizlər və iqtidar dialoqa gəlməyən tərəflərsiniz. Hətta tərəflərdən biri dialoqa gəlmirsə qarşı tərəf ictimai məsuliyyət və maraq məqsədilə sona qədər barışçı olmalıdır ki, cəmiyyətdə iç savaş çıxmasın. Yox hər iki tərəf iddiasından əl çəkmirsə, demək radikallığa bir də fanatizm xəstəliyi qarışıb. Hər ikisi cəmiyyət üçün qorxuludur. Fanatizm kor-koranəlik, itaət, köləlikdir. Onun radikal dəyişikliyə gətirib çıxara biləcək mübarizəsi də növbəti köləlik vəd edir - ağaların dəyişəcəyi köləlik. Siz bunumu arzu edirsiniz???
Çıxışlarınızda müqəddəs dinimizə istinad edirsiniz. Dinimizdə də bu məzhəb ayrıntılarının radikallıq və fanatizmdən doğduğunun fərqində deyilsinizmi?
Əməvilər Hz Peyğəmbərin nəvələrini din adına şəhid etdilər, İslam aləminin ən böyük iç savaşları həmin dönəmdə yaşandı. Radikalizm islamda yerini tapdı, amma şiəlik də ortaya çıxdı. Əməvilərin radikalizmi İran bölgəsində şiə məzhəbini doğurdu. Əməvi radikalizmi, Hz. Əli məhəbbətinə qarşı Hz. Ömər düşmənliyi yaratdı. Siz hansı məhəbbətə hansı düşmənliyi yaratmaq istəyirsiniz?
Adınız eyni olsa da məzhəb və sevgiləriniz, amal və istəkləriniz, sədaqət və mübarizəniz heç, həm də heç yaxın gəlmir.
Amma yaratdığınız radikalizm və fanatizm Azərbaycana mütləq və mütləq ziyan vuracaq - onun üçün 60 il gözləməyə də ehtiyac yoxdur.
Radikal və fanatik insanlar öz fikirlərinə güvənmədikləri üçün dialoqdan qorxarlar - eynən sizin kimi, mövcud iqtidar kimi. Sizin qorxu fobiyanız var, siyasətdə alternativlik fobiyası. Pardon, müxalifətdə alternativlik kimi. Siz heç iqtidar olmaq istəmirsiniz ki... Əsas istəyiniz müxalifətin lideri olmaqdır. Əks təqdirdə, nədən barışdırıcı hər kəslə bir sırada dayanan, hamıya, sevgi ilə qucaq açan biri olmayasınız ki?!
Müxalifətdə alternativinizin yaranacağı fobiyası sizi hər şeydən və hər kəsdən qorxudur. Qorxduğunuz üçün də dağıtmağa, hər kəsi şərləyib sıradan çıxarmağa meyllisiniz. İşinizi bu istiqamətdə qurursunuz. Yeri gəlmişkən, cəmiyyətimizin də qorxu fobiyası var - siyasətdən qorxur. O qorxunu götürmək üçün də müalicəyə ehtiyacı var. Psixoloq fobiyası olan bir adamın qorxusunu götürmək üçün nələrdən istifadə edirsə, cəmiyyətlə də eyni cür davranmaq lazımdır. Siyasətdən qorxan cəmiyyətin dərmanı dialoq, barış, sülh danışıqlarıdır. Daha qorxunun üstünə qorxu gətirmək deyil.
Siz cəmiyyətlə də özünüzün halınızda davranırsınız. Fobiyalı adamlar hər kəsdən hürkər. İmkan verin, cəmiyyəti müalicə edək.
Dünya iki böyük savaşı gördü və beləcə savaşın nə qədər pis olduğunu anlayıb, müharibəni öz içərilərindən daha mədəni səviyyəsi aşağı olan coğrafiyalara ötürdü. İndi siz deyin, XXI yüz ildə bunları görə-görə başqaları ilə də yox, özümüz-özümüzə savaş çıxarmalıyıqmı?
Radikallıq və fanatiklik mədəniyyəti sivil insanın daşıdığı dəyər deyil. Radikalların hirs və nifrət duyacaq bir düşmənə ehtiyacları var. Nə yazıq ki, hirs və nifrətinizin sərf olunacağı ünvan iqtidar ola bilməyəndə sağa-sola saldırırsınız. Çünki düşmən olmadan ayaqda qala bilmirsiniz.
Qurban verdikləriniz isə heyf ki, insandır. Bir ətrafınıza baxın. Qurban verdiklərinizdən neçəsi qalıb yanınızda?!
Satanistlər...
Şeytanın vəzifəsi insanı Allahdan uzaqlaşdırmaqdır. Şeytan fəlsəfəsinə görə qələbə barışdan üstündür. Satanistlər xoşbəxtliyi barışda deyil, qələbədə, mübarizədə axtarırlar. Köhnələr dağıdılmalı, yalnız onların istədikləri qurulmalı, heç kimin dediyi yox, yalnız onların dediyi olmalıdır.
Satanist hərəkətlər əsasən toplumda xaos yaradan, mədəniyyəti, dialoqu, barışı rədd edən ideologiyadır. Satanistlər şeytana tapınmanın yolu kimi pişik qurban verməyi seçirlər. Qara və qırmızı rəngi sevirlər. Ritorikanız qırmızı, içiniz, ruhunuz isə qaradır.
Qurban verdikləriniz isə heyf ki, insandır. Bir ətrafınıza baxın. Qurban verdiklərinizdən neçəsi qalıb yanınızda?!
Bir də satanistlər sayğısızlığı, utanmazlığı, hörmətsizliyi təşviq edirlər. Necə də sizin ritorikaya bənzəyir.
Satanizmlə mücadilə edilməlidir. Başqasının düşüncə və fikirlərinə hörmət etməyin ancaq özünü görən və ideallaşdıranlar cəmiyyətə zərər verir.
Xalq hərəkatının ilk illərində isə hərəkatda kimin kimdən xoşu gəlmədi ona “KQB” damğası vurdu. “MTN” agenti, “saxta müxalifət”, “cib müxalifəti”, “psevdomüxalifət” bunlar da son illərin sosial damğalarıdır. Və yazıqlar olsun ki, Azərbaycanda bu damğa vurulmayan bir müxalifətçi belə yoxdur.
Sosial şizofreniklər və sosial damğaçılar...
Şizofreniya xalq arasında dəlilik kimi bilinən bir xəstəlikdir. Bu xəstəliyin əsas əlamətləri xəstəliyin reallıqdan uzaqlaşaraq gerçəklərlə bağlarının qopmasıdır. Şizofreniklər günəşin onlar üçün doğduğunu – eynən müxalifətçiliyin sizin adınızla bağlı olduğu kimi, yağışın onun üçün yağdığını – eynən sizdən başqa dürüst müxalifət olmadığını düşünənlərdir.
Elə düşünürlər ki, onları həmişə təhdid edirlər, məsələn, sizin kimi illərdir sanki hamı sizə qarşı döyüşür, sanki onları həmişə kimlərsə izləyir – eynən sizin kimi, qərargahınız, maşınınız, əməkdaşlarınız, üzvləriniz və s.
Şizofreniklər özlərinə bir dünya qururlar və o dünya içərisində qəhrəman, mübariz, hətta əzabkeş, bəzən xoşbəxt kimi yaşayarlar – eynən sizin kimi, sizdən əzabkeşi, sizdən qəhrəmanı, sizdən xoşbəxti yoxdur bu dünyada.
Xəyalla gerçək arasındakı sərhədləri beyin kimyasal hərflərlə yazar. Beyin kimyası pozulan bir insanın beyni zərərli protein yaradar, bu da beynin funksiyasını pozar. Nəticədə beyin qarışar reallıqları görə bilməz, gerçəkləri duya bilməz.
Bu xəstəliyin cəmiyyət acısından baxanda da bəzi özəllikləri var. Bir cəmiyyəti cəmiyyət halında gələcəyə aparan üç nəsnə var; tarixi keçmişi, kimliyi, idealları. Bu üç məsələdə cəmiyyətdə birlik varsa o cəmiyyət qazanacaq. Cəmiyyətin bu 3 məsələdə birliyi onun gələcəyini şəkilləndirən əsas şərtdir. Sizlər və iqtidar bu 3 şərt uğrunda bir araya gəlməməyimiz üçün hər cür fəaliyyətə rəvac verirsiniz. (İqtidar haqda çox demişəm və yazmışam. Bu sizin üçündür deyə onlara aid hissələri yazmıram) Keçmişimiz haqda siz də iqtidar qədər qərəzli, kimliyimiz barədə mübahisəli, ideallarımızı ayaqlar altına atacaq qədər məzmunsuz mübarizə sərgiləyirsiniz. Bu da sosial şizofreniya deməkdir. Çünki sonuc cəmiyyəti dağıdır.
Sizlər həm də sosial damğaçısınız. Sosial damğaçılar tarixin müxtəlif dönəmlərində müxtəlif ölkələrdə olub, bu gün də var. İrqi ayrı-seçkilikdən tutmuş, milli ayrı-seçkiliyə qədər hər şeydə sosial damğalanma elementləri olub.
Sosial damğalanma böyük mənalarda işlənib. Məsələn millətlərə, dini qruplara qarşı. Bundan danışmaq istəmirəm. Lakin sosial damğalanmanın daha kiçik, ölkələr daxilində qruplara və ya ayrı-ayrı fərdlərə qarşı tətbiq edilmə formaları da olub. Məsələn, keçmiş SSRİ-nin ilk illərində “kulak”, “qolçomaq” kimi sosial damğalamalar, daha sonra “vətən xaini” sosial damğası daha aktual oldu. Stalinin ölümündən sonra “kult” sosial damğası ortaya çıxdı.
Xalq hərəkatının ilk illərində isə hərəkatda kimin kimdən xoşu gəlmədi ona “KQB” damğası vurdu. “MTN” agenti, “saxta müxalifət”, “cib müxalifəti”, “psevdomüxalifət” bunlar da son illərin sosial damğalarıdır. Və yazıqlar olsun ki, Azərbaycanda bu damğa vurulmayan bir müxalifətçi belə yoxdur. Sadəcə tarixlər fərqlidir. Hər tarixin sosial damğa vurulan öz “qəhrəmanı” var - kiminə az, kiminə çox. Sosial damğanı isə iqtidardan çox müxalifət bir-birinə yapışdırır. Müxalifətdə yerini möhkəmləndirmək üçün.
Cinayət törədilərkən polis orqanları cinayət yerindən qaçan cinayətkarların fotorobotunu, hadisənin şahidlərinin sözlərinə uyğun cızırlar. Görəsən mənim bu yazımdan fotorobot hazırlansaydı kimin şəklini görərdik?
*****
Son müsahibəmdə ad çəkmədən bir doğrunu söyləmişdim. Prinsipim sadə idi. Dürüst insan hər zaman doğru bilgi verməlidir. Ad çəkməməmin səbəbi vicdan, daxili dürüstlük məsələsi idi. Yenə də ad çəkmirəm, sadəcə prinsipə söykənərək dürüstcəsinə hər kəsin gözünə baxıb deyirəm – bu olay olub və bunu əksəriyyət bilir. Dedim ki, bunu bir də kimsə etməsin, təkrarlamasın. Təəssüf ki, bəziləri bunu edənləri yox, deyənləri qınadı. Ad çəkmədiyim halda isim verdilər. Mollanın evinə oğru girir, hər şeyi aparır. Qonşular mollanı sorğu-sual edir: - qapı bağlı idimi, pəncərəni örtmüşdünmü və s. Molla deyir, yox. Hamı mollanı günahkar bilir. Molla məzlumcasına adamların üzünə baxır. Heçmi o oğrunun günahı yoxdur??