Avtobus nahar üçün Hacıqabulda dayandı, restoranda çay içdi və...öldü - MÜƏMMA

3-12-2014, 18:53   
Avtobus nahar üçün Hacıqabulda dayandı, restoranda çay içdi və...öldü - MÜƏMMA

Avtobus nahar üçün Hacıqabulda dayandı, restoranda çay içdi və...öldü - MÜƏMMAHacıqabul rayonunda 19 yaşlı gənc gözlənilmədən vəfat edib.

hadisə Bakı-Qazax magistralının kənarında, Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Şirvan şəhər sakini G. Şıxbalaoğlu küçəsi 62, mənzil 11 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Musayev Mürsəl Mahir oğlu avtobusla Kürdəmirdən Bakıya gedərkən dayanacaqda olan restoranda həyat yoldaşı ilə çay içərkən qəfildən halı pisləşib və dünyasını dəyişib.

Mürsəl Musayevin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə təhvil verilib.

Hacıqabul Rayon Prokurorluğundan bildirilib ki, Mürsəl Musayevin meyitinin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakıya Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız ekspertizanın rəyindən sonra istintaq onun hansı şəraitdə öldüyünü müəyyən edəcək.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.