Tahir Süleymanovun qardaşı oğlu müəllimi öldürdü

3-12-2014, 19:35   
Tahir Süleymanovun qardaşı oğlu müəllimi öldürdü

Bu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Yenilik.info, Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata görə, yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur.

Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə İdarəsinin rəis müavinidir. Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir, o 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.