Azərbaycan regionun "korrupsiya çempionu" oldu

4-12-2014, 11:20   
Azərbaycan regionun "korrupsiya çempionu" oldu
Builki korrupsiya indeksində də Hondurasla eyni sıradayıq

Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatının 2014-cü ilə dair Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 175 ölkə arasında 126-cı sırada qərarlaşır. Keçənilki hesabatda Azərbaycan 177 dövlət arasında 127-ci göstərilmişdi.

Bununla belə, Azərbaycan hələ də Mavritaniya, Qambiya, Honduras kimi yüksək korrupsiyalaşmış ölkələr sırasındadır.

Azərbaycanın qonşularından Ermənistan da korrupsiyanın səviyyəsinə görə keçənilki 94-cü yerini qoruyub. Bununla belə, Transparency İnternational-a görə Ermənistanda rüşvətxorluq və korrupsiya Azərbaycanla müqayisədə 32 pillə daha azdır.


Gürcüstan isə keçən ilə baxanda xeyli irəliləyiş edib. Bu ölkə korrupsiya indeksinə görə keçən il 56-cı yerdə idisə, bu il 50-ci sıraya yüksəlib.

Türkiyədə isə kəskin geriləmə var. Bu ölkə keçənilki 56-cı yerdən 64-cü yerə düşüb.

Danimarka keçən ilki kimi bu il də ən ən az korrupsiyalaşmış ölkə hesab edilib. Transparency İnternational-ın tərtib etdiyi siyahıda Danimarkanın ardınca Yeni Zelandiya, Finlandiya, İsveç, Norveç dünyada ən aşağı korrupsiya səviyyəli ölkələr kimi göstərilir.

Somali isə 175 ölkə arasında ən çox korrupsiyalaşmış dövlət hesab edilib.

Transparency İnternational ictimai sektorda korrupaiyanın səviyyəsinə dair ekspert rəyləri əsasında hər il bu hesabatı hazırlayır. Hökumətlərin açıq olması, dövlət xərclərinə cəmiyyətin nəzarət edə bilmə səviyyəsinə görə ölkələrin sırası müəyyən edilir. Siyahıda aşağı göstəricilər o deməkdir ki, həmin ölkədə davamlı rüşvətxorluq, korrupsiya yallarına görə cəasızlıq, hökumət qurumlarının vətəndaşlarının ehtiyaclarına uyğun çalışmaması kimi bir vəziyyət hökm sürür.

Bu göstəricilərinə görə Azərbaycan bir neçə ildir ki, Cənubi Qafqazın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.