Hər il dünya boyu milyonlarla valideyn övladlarını universitetə ali təhsil dalınca göndərir.ÿHətta kollec pulunu ödəmək imkanı da hər il məktəbi yenicə bitirmiş abituryentləri stressdən azad etmir.ÿBuraxılış imtahanları, qəbul imtahanları, yeni təhsil mühiti, gözləntilər, kitab-dəftər - bunların hamısı ali təhsilin əldə edilməsi üçün milyonlarla gəncin gözünə duran sınaqlardır ki, yalnız onları adladıqdan sonra çoxları can atdığı müvəfəqqiyyətə qovuşaçasına ümid bəsləyir.ÿBəs universitet təhsili ilə material müvəfəqiyyət arasında əlaqə nə dərəcədə böyükdür?
Statistika göstərir ki, ABŞ-da ali təhsil alan adamlar orta hesabla yalnız məktəbi qurtarmış adamlardanÿömür boyu 3-4 dəfə çox pul qazanırlar.ÿDiplom özü-özlüyündə uğur yaxud pul bəxş etməsə də, adamı uğurun müəyyən açarları ilə təchiz edir ki, universitetə getməmiş gənclər həyatın erkən mərhələsində bu açarlardan məhrum olurlar. Əlbəttə, bu, orta məktəb diplomu ilə milyonerə çevrilmiş saysız-hesabsız adam var.ÿAncaq statistika başqa bir maraqlı fenomenə də işarə edir.ÿABŞ-ın ən tanınmış universitetlərində təshil almış adamlar başqa unviersitetlərdə oxumuş adamlardan daha uğurlu olur.
“Forbes” jurnalı yazır ki,ÿHazırda 52 milyarder Harvard diplomuna sahibdir.ÿMilyarder məzunların sayına görə öyünmək hüququnu qazanmış yerdə qalan universitetlər Stanford, Nyu-York Universiteti, Kolumbiya, MIT, Cənubi Kaliforniya Universiteti və Yale-dir.ÿBöyük Britaniyanın Kembric Kolleci milyarder istehsal edən universitetlər sırasına düşmüş yeganə təhsil ocağıdır.
“Facebook”un banisi, milyarder Mark Zukerberq Harvard Universitetində təhsilini yarımçıq qoymuşdu.
Milyarderlər adətən dünyanın ən ağıllı adamları olur, deyə bir araşdırmanın müəllifləri bildirir.ÿ"Amerika Elitasının Tədqiqi" adlı yazısında Conatan Uay var-dövlətlə zehni qabiliyyət arasındakı əlaqəyə nəzər salır.ÿOnun qənaətinə görə milyarderlərin 45 faizi dünyanın ən ağıllı 1 faizinə daxildir.ÿƏn ağıllı adamlar toplumunda yer almış başqa kateqoriyalar ABŞ Senatorları (41%), federal hakimlər (40%) və ABŞ-ın ən varlı 500 şirkətinin baş icracı direktorlarıdır (39%).ÿÜzərində sorğu keçirilmiş 2,254 adamın mütləq əksəriyyəti ABŞ-ın 29 ən qüdrətli universitetlərinin məzunları olub ki, bu universitetlərə daxil olmaq üçün SAT adlanan ümummilli testdə maksimum bal yığmaq tələb olunur.
Şübhəsiz, bütün bunlar o demək deyil ki, milyarder olmaq üçün yüksək keyfiyyətli universitetə getmək şərtdir. Wealth X araşdırma firması müəyyən edib ki, hərçənd ki, milyarderlərin 68 faizi universitet bitirib, hər üç milyarderdən birinin heç ali təhsili də yoxdur.ÿBunlardan çoxları - Bill Geyts (Microsoft), Steve Cobs (Apple), Mark Zukerberg (Facebook) və Maykl Dell (Dell) kimi nəhəng şirkət baniləri universiteti yarımçıq tərk ediblər. O da vurğulanmaldır ki, meritokratiyanın nisbətən zəif olduğu avtoritar cəmiyyətlərdə ali təhsilin insanın maliyyə uğuruna təsiri minimum olur.ÿAğlın yox, gücün əsas meyar kimi qəbul edildiyi məkanlarda milyarder olmaq üçün sadəcə dəyənək çox vaxt bəs edir.
1980-ci illərdə kommunist iqtisadi sistemindən imtina edən Çin qısa zaman kəsiyində sürətli inkişafa qədəm qoydu.
Ən çox milyarder yetişdirən universitetlərin Amerikada yerləşməsi də təbiidir.ÿ Azad bazar sisteminin beşiyi olan Birləşmiş Ştatlar həmçinin milyarderlər paytaxtıdır.ÿ"Forbes" jurnalından Ann Fişer yazır ki,ÿ515 amerikalının 2 milyarddan çox pulu var.ÿBu rəqəm 157 milyarderlə üçüncü yerdə gələn Çindən üç dəfə çoxdur.ÿÇinli milyarderlərin 89 faizi bu milyardları özləri qazandıqlarını deyirlər.ÿBurada böyük həqiqət var.ÿƏvvəla Çin bərqərar olduğu hər yeri səfalət, ifrat yoxsulluğa düçar edən kommunizmin daşını yenicə atıb.ÿBir də ki, siyasi sistemin qeyri-stabil olduğu, mülkiyyət hüququnun qorunmadığı, pulun müsadirələr, qeyri-qanuni həbslər, müflisləşdirmələr, inqilablar, daxili çaxnaşmalar nəticəsində bir əldən o biri ələ keçdiyi yerlərdə kapitalın davamlılığını təmin etmək olduqca çətin olur.ÿOna görə də milyarderlər özlərini demokratik, azad bazar sisteminin möhkəm konstitutsional əsaslara söykəndiyi cəmiyyətdə daha sərbəst hiss edirlər. Bununla da həm özlərini, həm də içərisində yaşadıqları cəmiyyəti varlandırırlar.