Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının Kamxud tədris-təlim kompleksində snayper dəstəsi hazırlanır.
Avropa.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2000 erməni hərbçi içərisindən seçilən 100 nəfər erməniyə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında xüsusi taktiki və atəş hazırlığı kursları keçiləcək.
Kursun əsas məqsədi qış şəraitində erməni snayperlərə döyüş aparmaq bacarığını öyrətməkdir. Təlim zamanı relyefə görə kamuflyaj olunmaq, xüsusi tapşırıqları yerinə yetirmək də tədris ediləcək.
Təlimin sonunda erməni hərbçilər 100-1500 m məsafədə yerləşən hədəfləri dəqiq vurmaq üzrə rus mütəxəssislərə imtahan verəcək.
Qeyd edək ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Mİnsk qrupunun həmsədridir. Bununla belə Rusiya faktiki olaraq əlaltısna çevirdiyi Ermənitanın silahlı qüvvələrini həm siahlandırır, həm də hərbi təlimlər keçir.