Tikinti “boss”ları deputatlar – SİYAHI

4-12-2014, 15:10   
Tikinti “boss”ları deputatlar – SİYAHI





IV çağırış Azərbaycan Parlamentində vaxtilə rəsmi, hazırda isə qeyri-rəsmi şəkildə biznes fəaliyyəti ilə məşğul olan, müxtəlif biznes strukturlarına faktiki rəhbərlik edən deputatların olması heç kimə sirr deyil.

Editor.az bu dəfə paytaxtda və regionlarda həyata keçirilən çoxsaylı tikinti layihələrində yer alan, “tikinti bumu”nun fəal iştirakçısı olan millət vəkillərinin siyahısını oxuculara təqdim edir.

79 saylı İmişli seçki dairəsini təmsil edən deputat Əsabil Qasımov “Karat Holdinq”ə rəhbərlik edir və holdinqin fəaliyyət sahəsində un, makaron, meyvə şirəsi, kisə istehsalı ilə yanaşı, iri tikinti layihələrinin həyata keçirilməsi də daxildir.

Belə ki, deputata məxsus şirkət Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina inşa edib.

11 saylı Qaradağ seçki dairəsini təmsil edən deputat Ağalar Vəliyev uzun müddətdir “Azəraqrartikinti” ASC-yə rəhbərlik edir. Onun rəhbərlik etdiyi şirkət paytaxtda və regionlarda dövlət və özəl sifarişlər əsasında çoxsaylı binalar inşa edir. Demək olar ki, “Azəraqrartikinti” ölkənin tikinti bazarının aparıcı şirkətlərindən biridir.

59 saylı Səlyan seçki dairəsini təmsil edən deputat, istefada olan general-leytenant Əlağa Hüseynovun da tikinti şirkətlərindən birinin sahibi olduğu deyilir. Onun Bakıda və Səlyanda binalar inşa etdiyi, “Gövhər MTK”-ya qeyri-rəsmi rəhbərlik etdiyi də söylənilənlər arasındadır.

Milli Məclisin digər deputatları Fərhad Qəribov, Xanlar Fətiyev, Ərəstun Cavadov və digərlərinin də göydələn inşa etdirdiyi deyilsə, bu barədə konkret faktlar bizə məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.