“Ermənilər cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır” - Rufiz Qonaqov

4-12-2014, 15:23   
“Ermənilər cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır” - Rufiz Qonaqov


Serj Sarkisyanın yürütdüyü uğursuz daxili və xarici siyasətə qarşı baş qaldıran etiraz dalğası bütün ölkəni cənginə alıb. Parlament binası qarşısında nümayişlər keçirilib.

Aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına etiraz ediblər. Düşmən ölkədə baş verən hadisələrə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov AzadXeber.az-a bildirib ki, Ermənistanın vəziyyəti həqiqətən də çox çətindir. "Kütləvi etirazlar gözlənilən idi. Sarkisyan rejimi uzun zamandır ki, əhalini səfalət girdabında boğur. O, ölkəsini siyasi dəyənəyə çevirib”,- deyən BMAM sədri Rufiz Qonaqov hesab edir ki, Sarkisyanı hakimiyyətə gətirən sabiq prezident Köçəryanın nümayişlərə qoşulması vəziyyətin daha mürəkkəb olmasının isbatıdır: "Ölkədəki bütün siyasi təşkilatlar və siyasi qüvvələr bu cinayətkar rejimdən yaxa qurtarmağın yollarını axtarır. Xalq Sarkisyanın istefasını təkidlə tələb edir”.

R.Qonaqov düşünür ki, hazırkı rəhbərin devrilməsi asan başa gəlməyəcək: "Onun hakimiyyətdən getməsi üçün ermənilər daha sərt hərəkatlara başlamalıdır. Hazırkı durumla barışmalı deyillər. Keçirilən sorğulardan aydınca məlum olur ki, bədnamlar bu oyunlardan yorulub”.

Sarkisyanın devrilməsini çətin edən məsələyə gəlincə, Rufiz Qonaqov vurğulayıb ki, ölkədə silahlı qüvvələrə nəzarəti onun özü yerinə yetirir: "Xatırlayırsınızsa, bir müddət əvvəl Sarkisyanın hakimiyyətə gəlməsi üçün xalq gülləbaran olundu. Seçkilərdə Sarkisyan xalqın etimadını qazanmamışdı. Belə bir vəziyyətdə xalqın üstünə silah çəkərək cinayətkarın hakimiyyətini qoruyub saxladılar. Söhbət ondan gedir ki, amansız rejim əlindəki ordu birləşmələrindən öz xalqına qarşı hər zaman istifadə edə bilər. Sarkisyan buna güvənir. Xalqın daha geniş təbəqələrinin etirazları hər tərəfi bürüdükcə, indiki rejim üçün daha ağır vəziyyət yaranacaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.