Leyla Yunus can verir? - Vəkilindən ilginc açıqlama

4-12-2014, 16:27   
Leyla Yunus can verir? - Vəkilindən ilginc açıqlama


Leyla Yunus can verir? - Vəkilindən ilginc açıqlama“Leyla Yunus çətinliklə hərəkət edirdi. Onun gözündən daim yaş axır və üzü ağarıb... bu, can verən insanın üzüdür”

Vəkil Ramiz Məmmədov dekabrın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşə bilməyib.

Məmmədov Turan agentliyinə bildirib ki, ona Yunusun görüşə gəlmək istəmədiyini deyiblər. Lakin Məmmədov Yunusun vəziyyətinin çox pisləşdiyini ehtimal edir.

Sonuncu dəfə vəkil onunla bir həftə əvvəl görüşüb və Yunusun əvvəlki kimi təzyiqi və qanda şəkəri yüksək idi.

“Leyla Yunus çətinliklə hərəkət edirdi. Onun gözündən daim yaş axır və üzü ağarıb... bu, can verən insanın üzüdür”, deyə vəkil qeyd edib.

Məmmədov deyib ki, dünən Leyla Yunusun ağır xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılması haqqında məhkəməyə müraciət etmək məqsədilə istintaq orqanına məhkəmə-tibbi ekspertiza keçirilməsi haqqında vəsatət göndərib.

Bir müddət əvvəl vəkil L.Yunusun səhhəti haqqında tibbi rəy verilməsi haqqında xahişlə İstintaq Təcridxanasına müraciət edib, lakin heç bir cavab almayıb.

Vəkil qeyd edib ki, L.Yunusun həyatı təhlükədədir.

Öz növbəsində Penitensiar Xidmət bir qayda olaraq Leyla Yunusun səhhətinin normal olduğunu bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.