Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdədə polis belə yandırıldı (VİDEO)

4-12-2014, 17:13   
Bərdədə polis belə yandırıldı (VİDEO)
Hadisə şahidləri görüntülərdən dəhşətə gəldiklərini deyiblər
Bu gün Bərdədə gözlənilməz bir cinayət işlənib. Sürücü polis əməkdaşını yandırıb.

hadisə şahidlərinin sözlərinə görə, axşam saatlarında qırmızı işıqda kecməyə çalışan sürücü polis əməkdaşı tərəfindən saxlanılıb. Polis sürücüdən sənədlərini və sərxoşluq müayinəsindən keçməsini tələb edib. Avtomobili hadisə yerinə qoyaraq uzaqlaşan sürücü Elçin Cəfərov təqribən 10 dəqiqə sonra qayıdıb. Əlindəki qabda olan benzini polis əməkdaşı Aqil Quiyevin üzərinə töküb. Yanğın nəticəsində həm polis əməkdaşı, həm də sürücü Elçin Cəfərov alovlar içində qalıb.

“Gördüm yolun ortasında nə isə yanır. Cammat da toplaşıb başına, dartışırlar o yana, bu yana. Oğlan da yananı söndürür. Serjant özü də alışdı. Qolu yandı biz də kömək elədik, söndürdük. Qoydular maşına apardılar” – deyə hadisə şahidi Tariyel Balakişiyev bildirib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından əldə etdiyimiz məlumata görə, Aqil Quiyevin hər iki əli yanıb. Bu gün səhər saatlarında evə buraxılan polis əməkdaşının vəziyyəti qənaətbəxşdir. Hadisənin törətməkdə şübhəli bilinən rayon sakini Elçin Cəfərov artıq polis tərəfindən saxlanılıb. Hadisə ilə baglı Baş Prokurorluğun açıqlamasında bildirilir ki, sürücü Elçin Cəfərov barəsində hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar