Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Autizm xəstəliyindən əziyyət çəkən qız dahidir

5-12-2014, 08:20   
Autizm xəstəliyindən əziyyət çəkən qız dahidir
Rusiya xəbər agentliyinin verdiyi məlumata istinadən on yaşlı autizm xəstəliyindən əziyyət çəkən Sonya Şatalova dahidir. Maraqlısı budur ki, qızın bu yaxınlarda “Aforizm və fikirlər” kitabı işıq üzü görüb.
ağır xəstəlik daşıyıcısı və yaşının az olmasına baxmayaraq, Sonya dahi şəxsiyyətlər kimi düşünür və bununla da ətrafında olan insanlarda heyrət yaradır.

Sonyanın yazdıqları bəzi fikir və düşüncələri sizin diqqətinizə çatdırırıq:

AZART- insanın heç bir iş icra etmədiyi halda qüvvəsinin sərf edəcəyi ünvandır. (8 yaş)

KƏPƏNƏK - yay xoşbəxtliyinin ilk əlamətidir. (8 yaş)

KÜLƏK - rahatlıq sevməyən hava axınıdır. (8 yaş)

GÜNAH - insanı Allahdan ayıran qəlbindəki qartmaqdır. (9 yaş)

UŞAQLIQ - insan həyatında taleyinin yüksəlişidir. (9 yaş)

QƏLB - insanın Allah və ya İblislə doldurduğu boşluqdur. (9 yaş)

TANIŞLIQ - müxtəlif və ya fərqli anlayışlı dünyaların qarşılaşmasıdır. (8 yaş)

OYUN - doğru yola istiqamətlənmiş qəsdi-qərəzlikdir. (8 yaş)

İMPROVİZƏ - sözlərin, səslərin, rənglərin yenilənməsi üçün düşüncə oyunudur. (8 yaş)

KİTAB - insanların zamanda dondurub saxlaya biləcəyi bilik və hissləridir. (8 yaş)

AT - nəhəng dörd nallı və hərarətli xoşbəxtlikdir. (8 yaş)

NASKA - bir simanı ifadə edəndir. (10 yaş).

MÜDRKLÜK - “az”la “çox” arasındakı tərəzidir. (10 yaş)

MUZEY – konservləşdirilmiş zamandır. (8 yaş)

ELM - şübhə əsasında bilikdir. (10 yaş)

YENİLİK - onunla görüşdən sonra dünya daha da varlı olur. (8 yaş)

GECƏ - ulduzlarla bol qara çətirdir. (8 yaş)

ROL – bu, oyun əsasında yaşanılan həyatdır. (8 yaş)

ROMANTİKA - hər yerdə möcüzə hiss etdiyin əhval-ruhiyyədir. (8 yaş)

NAĞIL - qəlbin real həyatından narazı qaldığı zaman uydurmuş həyatıdır. (8 yaş)

MÖRTƏRİZƏLƏR - yazı danışığında istifadə edilən divarlardır. (8 ya.)

GÜLÜŞ - dərdli ürək üçün həkimdir. (8 yaş)

YARIŞ - bir işin kim tərəfindən daha yaxşı icra edildiyini bilmək üçün ümumi iş birliyidir. (8 yaş)

UTANMA - insan qəlbindən günahı yandıran alovdur. (9 yaş)

TALE - ayrı-ayrı insanların kəskin hadisələrlə zəngin həyat sərhədidir. (8 yaş)

QORXU - hərəkətə doğru yolda əyləcdir. (8 yaş)

LƏZZƏT - qəlbin pis əhval-ruhiyyəsi zamanı bol hədiyyələrlə möcüzə yaratmaqdır. (8 yaş)

QASIRĞA - dəli olmuş küləkdir. (8 yaş)

ESSE - emosiyadan doğulan fikridir. (8 yaş)
- See more at: http://axar.az/news/36726#sthash.wwxjapUp.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar