Yol polisində maşınlara texniki, yoxsa məqsədli BAXIŞ - SUAL VAR

5-12-2014, 08:47   
Yol polisində maşınlara texniki, yoxsa məqsədli BAXIŞ - SUAL VAR
Ölkə insanlarımızın fikirlərində və mövqelərində fərqlər olduğu kimi, sən demə, avtomobillərə baxışlarımız da fərqli imiş. Belə məlum olur ki, avtomobilin texniki baxışdan keçirilməsindən sonra o, alınıb-satılarsa, yenidən yoxlanmalı və dövlətə rüsum ödənməlidir. Bu addım ilk baxışdan məntiqsiz görünsə də, prosesi yol polisi izah etməyə çalışdı
Yol polisindəki məntiqsiz baxışı bir neçə ay əvvəl etibarnamə ilə avtomobil alan Zaur adlı oxucunun şikayət məktubu üzə çıxardı. Oxucu yazır ki, Toyota-Prado markalı maşın alıb və həmin maşın 2016-cı ilə qədər texniki baxışdan azaddır. Bir neçə gün əvvəl maşının öz adına sənədləşdirmək istəyərkən, yenidən avtomobil texniki baxış aparatına salınıb, nöqsanlar tapılıb, problemin aradan qaldırlması üçün “şirinlik” tələb olunub. Bundan başqa idarənin binasında birinci mərtəbədəki 105-ci otaqda 20 manat alıb sənədlərə möhür vurublar, qeydiyyatda isə 10 manat alınıb.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, avtomobilin bir addan başqa ada keçirilməsi zamanı aparılan baxış dövlət texniki baxışını deyil.

Şöbə rəisinin sözlərinə görə, nəqliyyat vasitələrinin uçot göstəricilərində dəyişiklik olanda, nəqliyyat vasitlərinə texniki baxış keçirilir. Bu, müəyyən olunmuş illik baxış deyil, qeydiyyat əməliyyatının aparılması zamanı nəqliyyat vasitələrində həyata keçirilən prosedurdur. Bu əməliyyatın aparılması zamanı texniki baxışa görə 20 manat ödənilir. Baxış zamanı maşında nöqsan tapılarsa, mütləq aradan qaldırılmalıdır, əks halda istismarına icazə verilməyəcək.

K.Əliyev əlavə etdi ki, müəyyən olunmuş illik texniki baxışdan keçmiş avtomobil başqa ada keçirilən zaman baxışdan keçərsə, həmin nəqliyyat vasitəsi üçün vergi ödənmir. Texniki baxışdan keçirilmiş maşın il ərzində 5 dəfə addan ada keçirilsə də, qeydiyyat əməliyyatı aparılsa da, vergi ödəmir. Avtomobil üçün ildə 2-3 dəfə vergi ödənilə bilməz, hər il üçün bir dəfə vergi ödənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.