Konqresin qəbul etdiyi 758 saylı qərar Rusiyaya qarşı silsilə sanksiyaları nəzərdə tutur
“Soyuq müharibənin” başa çatmasının 25 illiyində dünya ikinci “soyuq savaşı” yaşayır. ABŞ Konqresi Rusiya əleyhinə olan 758 saylı qərarı təsdiqləyib. “Rusiyanın səsi” radiosunun məlumatına görə, bu qərar ABŞ prezidentinə Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı embarqo qərarları qəbul etmək səlahiyyətləri verir.
Bundan başqa qərarda Rusiyalı yüksək vəzifəli məmurlara sanksiya tətbiq edilməsi və xarici banklardakı hesablarının dondurulmasını təklif edir. Bundan başqa, bir maddə isə rusdilli ölkələrdə Amerika yayımlarının bərpa olunmasını nəzərdə tutur.
ABŞ Konqresinin aşağı palatasında keçirilən səsvermədə qərar 411 nəfər lehinə və 10 nəfər əleyhinə olmaqla qəbul edilib. Ümumilikdə isə 758 saylı qərarın 10 maddəsi birbaşa Rusiyaya təzyiqləri nəzərdə tutur. Bundan başqa, qərarda Ukrayna hakimiyyətinin müdafiə və kəşfiyyat sahəsində dəstəklənməsi, eləcə də “Rusiyaya qarşı embarqo koalisiyasına” qoşulması üçün digər ölkələrə təzyiq edilməsi qeyd olunur. Əlavə olaraq, qərarda “xəbər və oxşar məlumatların rus dilində hazırlanaraq rusdilli ölkələrdə yayılması” təklif olunur.
ABŞ Konqresinin üzvü Dennis Kucinich 758 saylı qərarın Rusiyaya qarşı “soyuq müharibə” elan olunmasına bərabər addım kimi dəyərləndirib.