“Rusiya 2015-ci ilin yazında iqtisadiyyatda çox böyük problemlərlə üz-üzə qalacaq”.
Axar.az “Obozrevatel.com”a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert Aleksey Arestoviç çıxış edib.
O, Rusiya iqtisadiyyatının 2015-ci ilin payızında tamamilə məhv olacağını bildirib:
“Əgər Rusiya Ukraynaya genişmiqyaslı hücum etsə, o zaman iqtisadiyyatı 9 aya yox, üç aya məhv etməyə qadir olan 144 səviyyədə sanksiyalar tətbiq ediləcək”.