Bu körpülər orta əsrlərdən bu günə qədər gəlib çıxıb
Çayların və dərələrin keçilməsi üçün insanlar min il əvvəl inanılmaz üsullara əl atıblar.
Orta əsr daş körpüləri öz ovsunlayan gözəlliyi ilə hamını təəccübləndirir. Təəccüblənirsən ki, insanlar o vaxt müasir vasitələrə malik olmadan necə məharətlə onları tikə biliblər. İndiyə qədər bu körpülər istənilən hava şəraitində təhlükəsiz və sabit qalıb. Bəzən bu körpulər öz valehedici görünüşü ilə bizi nağılların mistik dünyasına apara bilərlər.