Silahlılar evə girərək dinc sakinləri də döyüblər
Avstriyada dəhşətli hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın 7 saylı hava hərbi qüvvələrinin əsgərləri təlim keçərkən dinc sakinlərə qan uddurublar. Silahlılar evə girərək dinc sakinləri döyüblər.
Silahlılar evdə valideynlərinin gözü qarşısında 6 yaşlı qızı zorlayıblar. Dəhşətli hadisə noyabrın 29-da baş verib.
Hadisədən sonra Avstriya polisi dinc əhaliyə zülm edən əsgərləri həbs edib.
“Əsgərlər artıq iki həftədir nəzarət altındadırlar. Onların törətdikləri cinayət barədə hüquqi müstəvidə ölçü götürüləcək”, – bu barədə prokurorluqdan bildirilib.
Qeyd edək ki, Britaniyanın 7 saylı hava hərbi hissəsi1961-ci ildən yaradılıb. Bu hərbi hissəsnin əsgərləri bir çox beynəlxalq əməliyyatlarda iştirak ediblər. Məhz həmin alayın əsgərlri 2003-cü ildə İraqda Səddam Hüseynin ordusuna qarşı uğurlu əməliyyat keçirib.