Qaradağın icra başçısı və “Qaçqınkom” məmuru haqda şok VİDEO

5-12-2014, 21:38   
Qaradağın icra başçısı və “Qaçqınkom” məmuru haqda şok VİDEO
“Mənə dedi ki, Süleyman Mikayılov səni qandalladacaq, nəslini kəsər”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin sabiq əməkdaşı Muxtarova Gülnarə Nizam qızının Qaradağda qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən şok maxinasiyalardan bəhs edən videosu yayılıb.

Müsavat-com-a daxil olan videomaterialda G.Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin rəhbəri Əliyev Ceyhun İntiqam oğlunun göstərişi ilə məcburi köçkünləri necə aldatdıqları, rayonlarda yaşayan köçkünləri Bakı qeydiyyatına necə saldıqları, ev verəcəkləri adı ilə hər ailədən 4-5 min manat olmaqla onlardan hansı yolla pul aldıqları, qaçqın olmayan şəxsləri kommunal xərclərdən yayındırmaqdan ötrü onlara necə qaçqın vəsiqəsi verdikləri və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun bu proseslərdəki rolu haqda sensasion açıqlamalar verib.

G.Muxtarova hazırda C.Əliyev tərəfindən hədələndiyini, icra başçısının adından ölümlə təhdid olunduğunu bildirib.

Həmin videonu təqdim edirik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.