“Turalla ayrılmağımıza onun psixoloji problemləri səbəb olub”

6-12-2014, 15:08   
“Turalla ayrılmağımıza onun psixoloji problemləri səbəb olub”
Xədicə İsmayılın həbsinə səbəb olan oğlanın keçmiş nişanlısı danışdı

“Ailəm və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla nişanımız pozulub. Buna səbəb də yalnız onun psixoloji problemlərinin olmasıdır”. Bu sözləri Meydan TV-yə intihara cəhd etdiyi bildirilən jurnalist Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib.

Onun sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan Tv-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.

Xatırladaq ki, jurnalist Xədicə İsmayıl guya məhz Tural Mustafayevi intihar həddinə çatdırdığı üçün həbs olunub. Prokurorluq Tural Mustafayevin nəyə görə intihar etmək istədiyini araşdırır. Xədicə İsmayıl CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə təqsirli bilinir.

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayılın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Xədicə İsmayıl dekabrın 6-da Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.