O, Nyu York və London metrolarını partlatmaq istəyirdi
“The Associated Press” in İslamabaddan verdiyi xəbərdə deyilir ki, Adnan Şükrcuma Pakistanda öldürülüb. O, 2009-cü ildə ABŞ tərəfindən axtarışda idi və Nyu York şəhərində metroda partlayış planı həyata keçirməyə cəhddə suçlu bilinirdi.
O, “əl-Qaidə”nin beynəlxalq səviyyəli əməliyyatlarına rəhbəri kimi tanınırdı. Adnan Şükrcuma Pakistanın ucqar regionlarından olan Vəziristanda hərbi reyd zamanı öldürülüb.
Federal Təhqiqat Bürosu (Federal Bureau of Investigation) 39 yaşlı səudiyyəlini “ həbsi ən çox arzu olunan” şəxslər sırasına daxil etmişdi və onun həbsinə yardım edənə 5 milyon dollarlıq mükafat ayırmışdı.
Federal Təhqiqat Bürosu bildirib ki, Adnan Şükrcuma 2008-ci ildə Nyu York metrosunu partlatmaq üçün 3 nəfəri yoldan çıxarıb və onlara Vəziristanda hərbi təlimlər keçib. Terrorçular eyni planı London metrosunda da həyata keçirməyi nəzərdə tutublar.
ABŞ baş prokuroru Erik Holder o vaxt bəyan etmişdi ki, bu, 9/11 hadisəsindən sonra ən təhlükəli plan idi.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzi (World Trade Center) - ABŞ-ın Nyu-York şəhərində Manhetten səmtində yerləşirdi və 11 sentyabr 2001-ci ildə terror hücumları zamanı dağdılıb.
Ələ keçmiş terrorçu Əbu Zubeydah ifadəsində bildirmişdi ki, Adnan Şükrcuma həmin hadisədən sonra ABŞ və Avropada bu kimi hücumları davam etdirməkdə israr edib. O, Floridada təhsil alıb. 2003-cü ildə Federal Təhqiqat Bürosu onu Amerikada həbs etmək istəyib. Bundan duyuq düşən Adnan Şükrcum bir az əvvəl Amerikanı tərk edibmiş.
2004-cü ildə ABŞ baş prokuroru olmuş Cohn Aşkroft Adnan Şükrcuma haqqında belə demişdi: “o, Amerika üçün böyük təhlükədir”.