Nüseyrilər kimlərdir?

6-12-2014, 23:07   
Nüseyrilər kimlərdir?
islam.az-a istinadən bildiririk ki, nüseyrilik ifrat əqidəyə malik dini cərəyanlardan biridir. Əksər mənbələrdə şiə məzhəbinə aid edilsə də, əslində İslamdan uzaq bir təlimdir. Cərəyanın banisi Mühəmməd ibn Nüseyr Nəmiri (vəf. miladi 883) X şiə imamı Əli Nəqinin (ə) zamanında yaşamış, o həzrəti tanrı kimi ilahiləşdirmiş, özünü isə peyğəmbər adlandırmışdı. İmam Nəqi (ə) onu lənətləmişdir.

Nüseyrilikdə Əli ibn Əbu Talib (ə) tanrı sayılır, hətta Həzrət Mühəmməd Peyğəmbər (s) də daxil olmaqla bütün varlıq aləminin Əli (ə) tərəfindən xəlq edildiyi bildirilir. Nüseyrilikdə Əli, Mühəmməd və Salmani-farsi üç müqəddəs varlıq hesab edilir. Əli – məna, Mühəmməd – isim, Salman isə babdır (qapıdır). Nüseyriliyin müqəddəs kitabı “əl-Məcmu” 16 surədən təşkil edilib.

Hal-hazırda nüseyri icması əsasən, Suriya ərazisində yaşayır. Nüseyrilik bir neçə qola bölünmüşdür ki, bunların ən məşhurları şimaliyyə və kəlaviziyyə qollarıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.