Məleykə Əsədova: "Sən demə, içibmiş - özümdən çıxdım"

9-12-2014, 21:39   
Məleykə Əsədova: "Sən demə, içibmiş - özümdən çıxdım"Xalq artisti Məleykə Əsədova qonaq olan sənətçi sürücüsünün başına gətirdiyi hadisəni danışıb.

M.Əsədova deyib: "Ümumiyyətlə, sürücü dəyişdirmək məndə hobbi halına çevrilib. Bəzilərindən razı, bəzilərindən isə narazı olmuşam. Hətta sürücüm olub, 8 il mənimlə işləyib. O,hal-hazırda mənimlə çalışmasa ailəsi ilə dostluq edirəm.

Sürücü bilməlidir ki, ailə sürücüsü necə olmalıdı. Çox çətinliklə özümə yeni sürücü tapmışam. Bir sürücümü bu yaxınlarda işdən qovmuşam. Novxanıya getmişdik. Dəniz kənarında olan restoranların birində oturub yemək yedik.

Sonda ofisiant hesabı gətirəndə gördük ki, masamızda içki də içilib. Soruşdum kim içib? Dedi, sürücü istəyib içkini.

Özümdən çıxdım. Çox əsəbləşdim. Hadisə olanda bir dəfə olur. Həmin gün ondan ayrıldım", - M.Əsədova deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar