ŞOK: Azərbaycan nefti tankerlərdə "qarıyır"

9-01-2015, 11:41   
ŞOK: Azərbaycan nefti tankerlərdə "qarıyır""Azeri Light” hərraca çıxarılmayıb, hərracda nə tələb, nə təklif qeydə alınmayıb, Azərbaycan nefti ilə dolu tanker Aralıq dənizində gözləməkdədir

Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi Azərbaycan neftinin satışını təşkil edən treyderləri ilginc taktika seçməyə məcbur edib. "Röyter” agentliyinə istinadən virtualaz.org xəbər verir ki, dünya bazarlarında ən yüksək keyfiyyətli neft növlərindən hesab edilən "Azeri Light” bu gün hərraca çıxarılmayıb. Azərbaycan nefti ilə dolu tanker Aralıq dənizində gözləməkdədir və bu gün keçirilən hərracda nə tələb, nə təklif qeydə alınmayıb. Həmçinin Rusiyanın "Ural” markalı nefti ilə dolu tanker Baltik dənizində gözləməkdədir.
Agentliyin xəbərinə görə, "Azeri Light”ın əsas rəqibi keyfiyyətcə ona yaxın olan Lliviya neftidir və qiyməti London birjasında bu həftə "Brent” markalı neftdən 2.1-2.4 dollar yuxarı olub. Bu, noyabr ayından bəri ən yüksək göstəricidir. Hərçənd ki, yanvarın 8-də "Azeri Light”ın alqı-satqısına dair heç bir tələb və təklif qeydə alınmayıb.
Treyderlər bildiriblər ki, Azərbaycan nefti ixracın gələn ay gözlənilən artımı qarşısında ucuzlaşma təzyiqi ilə üzləşəcək. Azərbaycan yanvar ayında sutkada 742 min barrel neft ixrac edir. Fevral ayında isə ixrac sutkada 821 min barrelə qədər artacaq. Azərbaycan neft ixracını Liviyadan ixracın azalması xəbərlərindən sonra artırıb. Liviyadan neft ixracı sutkada 300 min barrelə enib, ötən ilin oktyabrında isə 900 min barrel həcmində ixrac olub. Liviya vətəndaş müharibəsi içərisindədir və neft limanlarının bir qismi yaraqlıların əlindədir.
Treyderlər deyirlər ki, bazarda təklif olunan neftin həcmi kifayət qədərdir. Ancaq qiymətlərin durmadan enməsi bəzi iri treyder şirkətlərini xam nefti açıq dənizdə saxlamaq üçün supertankerlər kirayələməyə məcbur edib. Onlar əllərində olan xam nefti satmaq üçün daha əlverişli fürsət gözləyirlər. "Vitol”, "Trafigura” və "Shell” kimi şirkətlər xam nefti saxlamaq üçün tankerləri 12 aya qədər kirayələyiblər. Məlumatı yük brokerləri və treydinq şirkətlərindəki mənbələr "Röyter”ə bildiriblər.
Bu gün Rusiyanın "Ural” nefti də hərraca çıxarılmayıb. Rusiya nefti ilə dolu tankerlər Baltik dənizində gözləyir. "Ural” markalı neft "Brent” markalı neftdən 2.40 dollar aşağı satılır. Qazaxıstanın "CPC Blend” markalı ixrac neftinə dair verilmiş təklif isə geri çəkilib. "Vitol” şirkəti bu neftin barelini "Brent” markalı neftdən 70 sent aşağı təklif etsə də daha sonra təklifini geri götürüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar