Parisdəki “Respublika marşı”nda Rusiyanı Lavrov təmsil edəcək

10-01-2015, 17:38   
Parisdəki “Respublika marşı”nda Rusiyanı Lavrov təmsil edəcək
Xəbər verildiyi kimi, yanvarın 11-də Parisdə yanvarın 7-9 arası terror aktları nəticəsində həlak olmuş insanların xatirəsinə həsr olunmuş “Respublika marşı” keçiriləcək. Eturaz və həmrəylik aksiyasında ölkənin ən müxtəlif ictimai-siyasi qüvvələri ilə yanaşı, bir çox xarici ölkələrin nümayəndələri də iştirak edəcək.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, dəvətlilər arasında maraqlıdır ki, Qərbin Ukraynaya görə gərgin münasibətlərdə olduğu Rusiya da var. Rusiya nümayəndə heyəti xarici işlər naziri Sergey Lavrovun başçılığı altında təmsil olunacaq.

Xatırladaq ki, Türkiyə nümayəndə heyətinə baş nazir Əhməd Davudoğlu rəhbərlik edəcək.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar