Daxili İşlər naziri general-polkovnik Ramil Usubov polis rəislərinin təyinatı ilə bağlı əmr imzalayıb.
Axar.az-a hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, Nərimanov rayonun polis rəisi Muradəli Babayev Xətai, Xətai rayonunun polis rəisi Əkbər İsmayılov Yasamal, Yasamal rayonunun polis rəisi İsmayıl Əsədov isə Sabunçu rayonuna polis rəisi təyin edilib.
Xatırladaq ki, bir neçə gün öncə Bakı rayonlarının polis rəislərinin dəyişilməsi barədə mediada xəbər yayılsa da, informasiya rəsmən təsdiqlənməmişdi.