Cəbhədə güclü atışma sonrası (VİDEO)

13-01-2015, 22:17   
Cəbhədə güclü atışma sonrası (VİDEO)Son günlər atəşkəsin intensiv pozulduğu Qazax rayonunun Məzəm kəndi ərazisində vəziyyət xüsusilə gərgindir.

Hazırda Qazax rayonunun Məzəm kəndində sakitçilik höküm sürür. Bir neçə gün öncə Ermənistan Silahlı Qüvvələri Məzəm və Quşçu Ayrım kəndlərinin və Qazax rayonunun digər sərhədyanı, sərhəddə çox yaxın olan kəndlərini atəşə tutublar. Atəşkəsin pozulması nəticəsində insan tələfatı qeydə alınmasa da, iaşə obyektlərinə və evlərə ciddi ziyan dəyib.

"Günorta saatlarından axşam saatlarına kimi ərazidə müşahidələr apardıq, hər yerdə güllə izlərinə rast gəldik. Buna baxmayaraq kənd sakinləri qorxmurlar. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq onlar evlərini tərk etmək niyyətində deyillər. Hər dəfə olduğu kimi düşmənin açdığı atəş Azərbaycan Silahlı Qüvvələri tərəfindən susdurulur. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin səngərində də qarşı tərəfin postlarını müşahidə etdik, hazırda sakitlikdir. Azərbaycan Silahlı Qüvvələri öz mövqeylərində ayıq-sayıqdırlar", - deyə ANS TV-nin bölgə müxbirinin verdiyi məlumatda bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar