“Qarabağda müharibə başlasa, Rusiya Gürcüstan vasitəsilə Ermənistana quru yolu açacaq”.
Publika.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Versiya” nəşri çıxış edib.
Bu ölkənin keçmiş baş naziri Tengiz Siqua nəşrə bildirib ki, Rusiya Abxaziya və Cənubi Osetiya ilə müqavilə imzalamaqla öz qoşunlarını bu ərazilərdə istədiyi zaman yerləşdirmək hüququ əldə etdi:
“Bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda xüsusilə təhlükəlidir. Əgər Dağlıq Qarabağda yenidən müharibə başlasa, Rusiya mütləq Cənubi Qafqazda ən böyük hərbi bazası olan Gümrüyə quru yolu açmaq istiqamətində işlərə başlayacaq. Çünki bazanı hava yolu ilə qismən təmin etmək mümkündür, lakin ağır texnika üçün quru yolu vacibdir. Rusiya bunun üçün icazəsiz də olsa Gürcüstan ərazisindən istifadə edəcək”.