AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
Surəti:AZƏRBAYCAN REPUBLİKASININ BİRİNCİ XANIMI,HEYDƏR ƏLİYEV ADINA FONDUN PREZİDENTİ,YUNESKONUN XOŞMƏRAMLI SƏFİRİ,MİLLƏT VƏKİLİ MEHRİBAN XANIM ƏLİYEVAYA
Surəti:AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ,OMBUDSMAN ELMİRA XANİM SÜLEYMANOVAYA
Surəti:AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ PROKUROR əvəzi ŞƏHADƏT İMRANOVA
Bərdə rayon Firidun bəy Köçərli küçəsində yaşayan Tağızadə Yusif Sahibəli oğlu tərəfindən.
ƏRİZƏ
Yazıb bildirirəm ki,övladım Tağızadə İsmayıln N saylı hərbi hissədə xidmət edərkən övladımın səhətində nasaılıq olduğu üçün qospitala göndərmişdilər.Qospitalda müalicə alarkən bir kursant tərəfindən döyülərək burnu sındırılmışdır.Əməliyyat olunduqdan sonra kursantın valideyinləri övladımın yanına gələrək övladıma pul və telefon təklif etməklə isti münasibət yaratmaq istəmişlər ki,övladım şikayət etməsin.Ancaq övladım etiraz etmiş şikayyətçi olduğunu bildirmişdir.Sonra hədə qorxu gələrək demişlər ki,gör sənin başına nə oyun gətirəcəyik.Qospitalın tədqiqatcısı mayor Kamranı ələ alıb övladıma dolayı yollarla şahid düzəldərək güya övladımın hansısa əsgərin telefonun,pulun,saatını alıb. Bu tamamilə yalandır.Bütün bunların hamısı kursantın oğlumun burnunun qırılmasnı ört-basdır etmək üçün hazırlanmış işdir. Mən dəfələrlə həmin kursantın barəsində qəbul edilmiş rədd qərarını tələb etsəmdə nə mənə, nə övladıma həmən qərar verilməmişdir.Birinci mən inanmıram ki,mənim övladım belə bir iş görsün.Əgər görübüsə nə üçün döyülüb.Burnu sınandan sonra üzə çıxır. Telefon deyirlər.. axı əsgərin telefonu olmasına icazə yoxdur.Bəs bu nəzarətçilər həkimlər tibb bacıları hara baxırlar?Bunlar hamısı övladımın döyülüb burnu sınmasını ört basdır etmək üçündür.Müstəntiq Alim müəllim Prokurorun yanına aparıb qanunsuz olaraq həbs etdirmişdir.Övladıma təzyiq edirlər ki, bu işləri boynuna götürsün.Mən övladımı vətənə xidmət etmək üçün göndərmişəm.Ancaq onlar oğlumu döyüb,şikəst edib həbsxanada təzyiq edib yalan ifadələr almaqa çalışırlar.Xahiş edirəm bu özbaşınalıqa son qoyulsun.Ümid edirəm ki mənim şikayyətimə ədalətlə baxılacaq.
İmza:TAĞIZADƏ YUSİF SAHİBƏLİ oğlu.