Daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib.
“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-yə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-yə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-yə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-yə rəis təyin edilib.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.