Rusiyanın ən cazibədar prokurorunun imici necə dəyişdi
Nataliya Poklonskaya sarışın sadə qızdan bir anda Rusiyanın seks simvoluna çevrildi.
Krımın baş prokurorunun imici tamamilə dəyişib. O, ilk dəfə kameralar qarşısına ötən ilin mart ayında çıxıb. O zaman kimsə onun anlaşılmaz saç düzümü, yorğun görünüşünə fikir verməyib. Əsas diqqət mərzəkində gözəlliyi və gülər üzü olub.
ANS PRESS-in məlumatına görə, son 10 ayda 34 yaşlı gözəl öz heyranlarını bir necə dəfə təccübləndirə bilib.
Prokurorun musiqi müəllimiin sözlərinə görə, o dərslərə daima hörük və ya at quyruğunda gəlirdi. Geyimi isə həmişə sadə olub - ətək və qapalı kofta. Yuxar siniflərdə isə o saçlarını açmağa başladı. Oğlanlar belə xoşlayırdılar.
Tələbəlik illərində isə hər gənc qız kimi qısa geyim, cinslər və hündür ayaqqabıda olub.
Amma 2014-cü ildə imicini yenidən dəyişməli oldu. İndi o adətən ciddi iş geyimində kameralar qarşısına çıxır. Lakin saçları ilə eksprementlərə davam edir. Belə ki, sarışın prokuror bir necə ay öncə əsmər olub. Bir necə gün öncə is o yenidən saçlarına əl gəzdirib.
Sadəlik və gülərüzlülüyü ilə böyük heyran kütləsi olan Nataliya bjuteriya seçimində də sadəlikdən yanadır. Boynunda daima iki boyunbağı olur. O demək olar ki, onları heç vaxt çıxarmır. Hər iki əlinin adsız barmağında isə üzük var. Maraqlısı odur ki, o prokuror təyin ediləndə sağ əlində üzük yox idi.
"Nyaşa"nın ayrılmaz atributlarından biri də qolundakı nazik kəmərli saatıdır.
O, ilk dəfə kameralar qarşısına belə çıxıb