[media=https://www.youtube.com/watch?v=rCLyc2lsIgI]
İqtidar və müxalifət deputatları bir-birini xəyanətdə ittiham edib
Türkiyə parlamentində yenə dava düşüb. Böyük Millət Məclisinin komitə iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni iqamətgahının tikildiyi ərazi ilə bağlı iqtidar və müxalifət deputatları mübahisə ediblər.
CHP üzvləri prezident sarayının Atatürk Orman Çiftliyi adlanan ərazidə tikilməsini Atatürkün mirasına xəyanət adlandırıb.
Buna etiraz edən AKP üzvləri eyni ittihamı CHP-nin ünvanına səsləndiriblər. Nəticədə millət vəkillərti arasında dava düşüb. (ans)