Ermənilər Serji qorxutdu (FOTO)

14-01-2015, 20:28   
Ermənilər Serji qorxutdu (FOTO)
Ermənistanda yüzlərlə insan bu dəqiqələrdə prezident Serj Sarkisyanın iqamətgahına doğru yürüş edir.

ANS PRESS-in məlumatına görə, aksiyaçılar Gümrüdə bir ailəni qətlə yetirən rus əsgərin Ermənistan tərəfinə təhvil verilməsi və ölkədə matəm günlərinin elan edilməsini tələb edirlər.

Aksiya iştirakçıları öz tələblərini prezident iqamətgahında Sarkisyana təqdim edəcəklərini deyirlər.

Onların tələbləri qəbul olunmasa, aksiyaçılar Azadlıq meydanına qayıdaraq qeyri rəsmi matəm günlərini elan etmək niyyətindədir. Nümayişçilər Ermənistanda Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyalarını keçirəcəklərini bildirirlər.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.


[thumb]http://anaxeber.info/uploads/posts/2015-01/1421252907_265552e8f383.jpg[/thum
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar