Paris olaylarından sonra dünyanın bəzi ölkələrində müsəlmanlara qarşı başlanan anti-islam kampaniyasına Rusiyada da start verilib.
"Avropa.info"nun verdiyi məlumata görə, bu gün axşam saatlarında Moskvanın Poklonnaya Qora adlanan hissəsində yerləşən Memorial Məscidin divarlarına müsəlmanlar haqqında alçaldıcı sözlər yazılıb.
Məscidin divarına müsəlmanlar haqqında söyüşlə yanaşı, əxlaqsız şəkil, provoslav xaçı, eyni zamanda, satanistlərə aid ulduz şəkli çəkilib.
Həmyerlimizin dediyinə görə, hadisənin Moskvada yaşayan müsəlmanları narahat etməsinə baxmayaraq, Rusiya mətbuatı bu haqda heç nə yazmayıb.
Həmin fotoları təqdim edirik: