Yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.