Ermənilər Putini Azərbaycanca söydü

15-01-2015, 18:27   
Ermənilər Putini Azərbaycanca söydü

Ermənistanın pavtaxtı İrəvanda böyük bir dəstə prezident Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıb. Virtualaz.org-un "Novosti Armenii”-yə istinadən məlumatına görə, aksiyanın təşkilatçılarından David Manukyan bildirib ki, məqsəd Gümrüdəki mitinqlə həmrəy olduqlarını göstərməkdir. O bildirib ki, onlar da gümrülülərin qatil əsgərin mühakimə olunması üçün Ermənistana verilməsi tələbini dəstəkləyirlər.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.
Lakin o, Ermənistan tərəfinə verilməyib. Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, ölkə qanunlarına görə V.Primakovu özləri mühakimə etməlidirlər.

Bu dəqiqələrdə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında da yüzlərlə adam etiraz aksiyası keçirir. Onlar da tələb edirlər ki, erməni ailəsini qətlə yetirən Rusiya əsgəri mühakimə olunmaq üçün Ermənistana verilsin. Aksiya iştirakçıları Rusiya və prezident Putin əleyhinə şüarlar və təhqiramiz ifadələr səsləndirirlər. Ən maraqlısı odur ki, ermənilər ən qatı söyüşləri Azərbaycan dilində səsləndirirlər. Məsələn, onlar az qala xorla qışqırırlar: "Putin – s...тir!”.
Məlumata gərə, polisin aksiyanı dağıtmaq cəhdi hələlik nəticə verməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar