ABŞ Quantanamodakı 5 yəmənli terrorçunu ölkə xaricindəki xüsusi həbsxanalara göndərib.
Axar.az xəbər verir ki, beş terrorçudan dördü Omana göndərilib.
Daha bir şəxsin isə Estoniyaya göndərilməsinə razılıq verilib. Azad edilən şəxslər Oman və Estoniyada hökumətin nəzarəti altında reabilitasiya keçəcəklər.
Qeyd edək ki, bu, yeni il ərzində Quantanamodan azad olunan ilk şəxslərdir. Keçən il ərzində ABŞ 30, 2003-cü ildən bu yana isə 600 nəfər məhkumu Quantanamodan azad edib.