Roma Papası İslam dininin müdafiəsinə qalxdı

16-01-2015, 01:32   



Roma Papası Fransisk bildirib ki, «söz azadlığı» anlayışında məhdudiyyətlər olmalıdır. Bu fikri pontifik Fransanın Charlie Hebdo satirik jurnalının redaksiyasına hücuma münasibət bildirərkən deyib. «Heç kim dini ələ sala bilməz. Bunu kim etsə, əks zərbəni gözləməlidir», - deyə Papa bildirib. Onun sözlərinə görə, dini etiqad azadlığı söz azadlığı kimi fundamental insan hüququ hesab olunur.

«Başqasının dinini alçaltmaq olmaz. Hər şeyin həddi var. Söz azadlığının da həddi var. Hər şey yaxşılığa xidmət etməlidir», - deyə Vatikan rəhbəri bildirib.

azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar