Rektor jurnalisti hədələdi, özü ifşa olundu

16-01-2015, 01:44   
Rektor jurnalisti hədələdi, özü ifşa olundu
Müəllimlər İnistitunun Zaqatala Filyalının direktoru Orucəli Rızayevin əməlləri haqda ilginc faktlar üzə çıxır

Araşdırmaçı jurnalist Ramil Sadıqlı cumhuriyyet.az-a Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru Orucəli Rzayevin onu təhdid etməyi barədə məlumat verib. Məlumatda deyilir: "Mən 19 dekabr 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru Orucəli Rzayev haqda öz şəxsi facebook səhifəmdə araşdirma xarakterli status yazmişdim. Bu yazi 10-dan artiq saytda və bir qazetdə işıq üzü görüb. Bu tənqidi yazidan nəticə çixarmaq əvəzinə Orucəli müəllim həm özü, həm də maliyyələşdirdiyi tanımadığım jurnalistlər mənə zəng edərək məktubu təkzib verməyi tələb edirlər. Əks halda məhkəməyə verəcəyini bildirərək təhdid edirlər. AMİ-nin mətbuat xidmətinin rəhbəri Nurəddin müəllim da mənə zəng vurub bu yazını məhkəmə predimeti olduğunu mənim nəzərimə çatdırıb. Bundan başqa Orucəli müəllim mənə müstəntiq işləyən oğlu və hüquq mühafizə orqanlarında çalışan qohum-əqrabası haqda məlumat verərək təhdidlər etmişdir. Mən burdan üzümü tuturam ali təhsil müəssisəsinin rəhbərlərinə ki, cənab Prezident sizi bu yüksək posta təyin edib etimad göstərib ki, xalqa vicdanla xidmət edəsiz. Daha deməyib ki, ali təhsil ocağını rüşvət mənbəyinə çevirəsiniz. Bu azmış kimi sizi tənqid edən jurnalistləri məhkəməylə hədə-qorxu etdirməyəsiz. Nəzərinizə çatdırıram ki, Orucəli müəllim haqda yazdığım yazıda heç bir böhtan-filan yoxdur. Sırf jurnalist araşdırmasıdır. Məhkəmə predimeti olan heç bir fakt yoxdur. Fürsətdən istifadə edib AMI-nin Rektoru hörmətli Aqiyə Naxçivanlıya müraciət edərək bildirmək istəyirəm ki, AMİ-nin rayon filialının direktorlarına nəzarət etsin, təhsilimizə təsadüfi adamları direktor təyin etməsin, rüşvət və korrupsiyanı təhsilə gətirən müəllimləri ciddi cəzalandırsın. Jurnalistləri himayə etsin, mətbuatın dostu olsun. Əks halda mən baş verənlərlə bağlı ölkə başçısına müraciət edəcəyəm".
Cumhuriyyet.az olaraq R.Sadıqlının sözügedən təhsil müəsisəsi haqda ilginc faktların yer aldığı yazısını da təqdim edirik: "Tehsilmzin Orucəli Rzayev bəlasi varki, nece müddətdir davam edir. Mən onu 2000-ci ilde telebeiken tanıyıram.o da GDU-da prorektor isleyirdi.o Universtetdə qanunsuzlugun,və rusvetn əsasında qoymuşdur. Təzəcə Elimlər doktoru prafessor adı almışdır ki,hami bilirdi bu ada görə o 35 min manat pul verib. mən birdəfə ondan elmi işinin mövzusunu soruşdum.”Bilmirəm”dedi. Tecubləndm. İndi bu adam müəllimlər inistutunun Zaqatala filialnin direktorudur. Aldığımız məlumata görə, Orucəli müəllim bu qanunsuz əməllərini əvvəlcə Mingəcevr, sonra Zaqatala filialna köçürüb. bu qədər qannsuzluq və aşkar maxinasyalar edən O.Rzayev nəinki, istintaqa celb edildi. Əksinə, Aqiye xanim onu Zaqatala filialna direktor göndərdi. Mənbənin Zaqatala filalnda bas verənlərlə bağlı dedklərne diqqet edək.”Filialn işcilerne əlavə əmek haqqıları yazılaraq adı sizn dadı mənim” O. Rızayev sesiya imtahanlarnda kesrin biri 100-200 manata həll etməsi bir yana, katibəsi Eliyeva Cimnaz bakalavr diplomlarını 20man.verir. Bunu da diplomlarn AMI-den Telman Muradov terefndan pulla verilməsini əsaslandırır. Bundan A.Naxcivanin xeberi yoxmu ?bizə daxil olan məlumatlara görə AMI-nin Zaqatala filalında yeni rüşvət qaydaları müyəyyənləşdirb. Oruceli muel qiş sesiyasi imtahanına yaxşı hazırlaşıb. meselen,onun müyəyyənləşdirdiyi məzənnəyə görə tarix , ədəbiyyat fəndinin imtahan 180- manat, riyazyat fəndindən 200manat, diger fəndlərdən isə 150- arasında rüşvət yiglb.Proses yay imtahanında davam etməlidir. Aldığımız məlumata gorə, diger tərəfdən O. Rızayev filialda calişan işcilərin məvacibindən hər ay 100 manat ruşvət ala bilir. Filialda 60 işçinin çalişdgını nəzərə alsaq O.Rzayev hər ay 6 -min manat, ildə ise, 72 min manat tabeçilyində olan işçilərindən ruşvət toplayir. Məncə,bütün qanunsuz fəaliyətə görə Aqiyə Naxcivani Oruceli Rzayev kimi bir məmuru başqa daha cavan, perespektivli kadrla əvəz etməyin vaxti olmaq haqqnda duşunməlidir. Əks halda təhsilmiz Orucəlilərdən yaxa qurtara bilməyəcək."
Onu da bildirək ki, AMİ Zaqatala filialına rəhbərlik edən Orucəli Rzayevin Mingəçevir filialındakı qanunsuz əməlləri ilə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Mənbəmiz Mingəçevirdə işləyərkən bu şəxsin Polis Şöbəsinin rəisi Ələsgər Bədəlova güvənərək törətdiyi əməllərin kənara çıxmasının qarşısını aldığını bildirir: "Rzayevdən yuxarı instansiyalara şikayət məktubları getdiyi zaman polis rəis filialda kecirilən iclasda dostunu müdafiə edərək kollektivi təhdid etməkdən belə cəkinmədi "Bəsdirin bu kişidən yazdınız, professor adamdır qoyun işləsin, nə yazsanız sonunda hərlənib - firlanıb mənə gəlir” - deyən rəisə iclasın sonunda filalın balansında olan böyuk ekran plazma televizor da təqdim olundu”.
AMİ Mingəşevir filialındakı qanunsuzluqlar haqda cumhuriyyet.az-a danışan mənbənin bildirdiyinə görə O.Rzayev vəzifədən getdikdən sonra baş mühasib Heyran Şikarova dəftərxana müdiri Aynurə Zeynalovanın köməyi ilə onun külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktlarını gizlətmək məqsədi ilə filialda sənədləri saxtalaşdırıblar. Amma elə həmin ərəfədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Kapital Bankın Mingəçevir filialıyla bağlı açılmış bir cinayət işinə görə, filialın bütün mühasibat sənədləri ilə bağlı yoxlama aparır. 2008-2012-ci illər – yəni bütünlüklə Orucəli Rzayevin işlədiyi dövrü əhatə edən sənədlərə baxış zamanı böyük maxinasiyalar üzə çıxır. Aşkar qanunsuzluqlara və maxinasiyalara imza atan O.Rzayev nəinki istintaqa cəlb edildi, əksinə Aqiyə Naxcıvanlı onu Zaqatala filialına rəhbər təyin etdi. Belə bir toxunulmazlıq statusu qazanan O.Rzayev isə öz növbəsində maxinasiya təcrübəsini yeni iş yerinə daşıdı. Mənbənin AMİ Zaqatala filialında baş verənlərlə bağlı dediklərinə diqqət yetirək: " Filialın işçlərinə əmək haqqna əlavə yazib, «adı sizin dadı mənım» məsəli ilə mənmsəyən O.Rzayev bunu yuxarıya xərcinin cox cıxmasi ilə özünə haqq qazandrırır. Sessiya imtahanlarında kəsrin birini 100-200 manata həll olunması bir yana , katibəsi Əliyeva Cimnaz bakalavr diplomlarini 20 manata verir, bunu da diplomların AMİ-dən Telman Muradov tərəfindən pulla verilməsı ilə əsaslandırır. Bundan da A. Naxcivanlının xəbəri yoxdur?
Bu yaxınlarda ANS-ə saxta diplomlarla bağlı açıqlama verən xanım rektor filial direktorlarının saxtakarlıqından xəbərdar olduğunu bildirdi. A.Naxçıvanlı deyirdi ki, nazirlıyə bu haqda məlumat versə də heç bir ölcü göturulməyib. Bəs O .Rzayev filialın bəzi əməkdaşlarına ,,Siz bakalavr təhsillisiniz,ali məktəbdə işləyə bilməzsiniz”deyə işdən cixarmaqla hədələyib pul tələb etməsi barədə informasiyaları kimə təqdim edək? O işcilər bir dəfə də Xarkovda olmadığı halda O. Rzayevin təşkil etdiyi diplomlar necə saxta deyil? Filialdan olan mənbə Xarkovda, «təhsil alan» əməkdaşlarının arasında filialın bakalavr dərəcəli pedaqoji təcrübə rəhbəri X.Akifqızının, filialda informatika fənnını tədris edən Baqmanova Zülfiyyə Abdulməcid qızının, laborant Əliyeva Turkan İlham qızının da olduğunu iddia edir. Bakalavr dərəcəli müəllim necə bakalavra pilləsində tədris aparır, pedaqoji təcrübəyə rəhbərlik edir. Mənbə sual edir - bunlardan da rektorun xəbəri yoxdur?”
Bizə daxil olan məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında yeni rüşvət qaydaları müəyyənləşib. Yeni rüşvət qaydalarını filialda özünə yaxın bir neçə şəxsin əli ilə həyata keçirən Orucəli Rzayev hesab edir ki, özü bu prosesdən kənarda qalmaqla yeni rüşvət qaydalarına dair səslənən fikirlərə aid edilməyə bilər. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən Orucəli Rzayev qış sessiya imtahanlarında yaxşıca rüşvət toplaya bilib. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə hər bir tələbə tarix, ədəbiyyat fənnindən imtahana 180 manat, riyaziyyat fənnindən imtahana 200 manat, digər fənn imtahanlarına 150-200 manat aralığında rüşvət verib. Və bu proses yay sessiya imtahanları üçün də davam etdirilməlidir. İyun ayının 1-dən yığım kompaniyasına başlanılmalıdır. Digər tərəfdən, Orucəli Rzayev filialda çalışan işçilərin məvacibindən hər ay özü üçün 100 manat ala bilir. Filialda 60 işçinin çalışdığını nəzərəalsaq, Orucəli Rzayev hər ay 6 min manat, ildə isə 72 min manat tabeçiliyində olan işçilərdən rüşvət toplayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar