Sumqayıt təhsil Işçiləri Mikayil Cabbarova qarşı

17-01-2015, 18:10   
Sumqayıt təhsil Işçiləri Mikayil Cabbarova qarşı
Dosye.org-da "Sumqayıt məktəblərində "Fond" pulu və "Təmir" pulu yığılır" başlıqlı tənqidi məqalə dərc edilib.

Xatırlatmaq istəyirik ki, məqalədə adı hallanan Sumqayıt şəhər 5 saylı məktəbin direktoru Bəşir Şəfiyev tabeçiliyində olan məktəbi gəlir mənbəyinə çevirib. Belə ki, Bəşir müəllim məktəbdə təsis etdiyi "Fond pulu və Təmir pulu" adlar altında yığılan pulları "yuxarı" ötürdüyünü bildirdi. Məktəb direktorunun "yuxarı" sözü bizləri düşündürməyə bilməzdi. Son nəticə onu deməyə əsas verir ki, yığılan pullar ya Sumqayıt ŞİH başçısı Eldar Əzizova, ya da Təhsil Naziri Mikayil Cabbarova göndərilir.

Sumqayıt şəhər 5 saylı məktəbin 6c sinif rəhbəri Aytəkin Pirəliyeva valideyin iclasında şikayətçiyə bildirib ki, "Dövlət məktəbi təmir etməkdə maraqlı deyil. Odur ki, valideyinlərin "istəyi" ilə məktəb təmir edilir. Məktəbdə yığılan pullar birbaşa məktəbin təmiri üçün nəzər də tutulur. Hara istəyirsiniz şikayət edə bilərsiniz".

Dəfələrlə Təhsil Naziri Mikayil Cabbarov təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq etmişdir ki, orta məktəblərdə pulyığma kompaniyası dayandırılsın. Və sərt formada bildirmişdir ki, təhsil haqqında qanuna əməl etməyən müəllimlər cəzalandırılacaq. Lakin bütün bu xəbərdarlıqlar onu deməyə əsas verir ki, Mikayil Cabbarovun göstərişləri heç də ciddi qəbul edilmir. Və yaxud qulaqardına vurulur.

Şikayətçinin dediyinə görə, məktəbin direktoru Bəşir Şəfiyev şagirdi məktəbdən uzaqlaşdırmaq üçün də göstəriş verib. Onun dediyinə görə istənilən bir məktəbdən arayış gətirdikdə şagirdin sənətləri valideyinə veriləcək. Bu cür qanun pozuntuları təhsilimizi dözülməz vəziyyətə gətirib çıxaracaq. Bir faktı nəzərinizə çatdıraq ki, şikayətçi valideyin ölkə başçısına müraciət edəcək. Daxil olan müraciət olduğu kimi ixtiyarınıza veriləcək . Araşdırmalar davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar