Cəbhədə döyüş başlayarsa...

17-01-2015, 18:36   
Cəbhədə döyüş başlayarsa...
Ermənistan müdafi naziri Seyran Ohanyan yenidən daxili auditoriyaya hesablanımış açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ohanyan bildirib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bu il gərginlik artarsa, erməni əsgərlər qarşı tərəfə layiqli cavab verəcək.

"Bizim ordumuz nizamlı ordudur", deyə nazir bildirib.

İndi bu açıqlamanı verən Ohanyan ötən ilin iyul-avqust aylarında erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən xeyli itki verəndə nədənsə bir müddət kameralar qarşısına çıxmamışdı. Həmin vaxt cəbhədə döyüşlər gedəndə düşmən 50-dən çox hərbçisini itirmişdi. Xeyli yaralı var idi.

Bundan başqa ötən ilin son aylarında Ermənistan ordusu 15-ə yaxın əsgərini itirib. Onlardan bəziləri intihar edib, bəziləri isə əsgər yoldaşları tərəfindən öldürülüb.

Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Mi-24 helikopterinin vurulması isə qarşı tərəfdə daha da ruh düşkünlüyü yaratdı. Ötən ilin dekabr ayında Ohanyan özü açıqlama vermişdi ki, 2014-cü ildə Ermənistan ordusu çox itki verdi. Bütün bunların hamısı ermənilərdə ruh düşkünlüyü yaradıb. Nazirin son açıqlaması da məhz daxili auditoriyaya hesablanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar