Ermənilər öz aralarında qaldırdıqları yeni vəsadətə imza toplayırlar.
ANS PRESS-in məlumatına görə, vəsadətə əsasən ermənilər Rusiya erməniləri birliyinin (REB) sədri Ara Abramyan və onun müavini Levon Mukanyanın vəzifəsindən azad olunmasını tələb edirlər.
Vəsadətdə deyilir: “Biz Rusiya və bütün dünya erməniləri, xalqımız və dövlətimizdən narahatlıq duyaraq Ara Abramyan və onun işçisi Levon Mukayanın başçılıq etdiyi REB rəhbərliyindən istefa etmələrini tələb edirik. Bu insanlar Rusiyada olan erməni diasporunun əsas təşkilatına başçılıq vəzifəsini öz üzərlərinə götürəndən bəri, həmin illər ərzində bu diapora heç inkişaf etmir. Yalnız bu təşkilat sponsorluq etmədiyi tədbirlərdə nə sə əldə oluna bilib. REB-in əsas vəzifəsi Ermənistana və Rusiyadakı ermənilərə qulluq etmək olmayıb. Bu qul və yaltaq təşkilat Rusiya erməniləri üçün hansısa bir fəaliyyətlə, onların milli tərbiyəsi ilə məşğul olmur. Rusiyanın erməni diasporu dəhşət gətirəcək sürətlə assimimilyasiya olunur. Gənclərin yarısı doğma erməni dilində danışmır, erməni mədəniyyəti və ənənələrindən uzaqlaşır. REB anti-milli siyasət yürüdərək bunlarla mübarizədə heç bir fəaliyyət göstərmir”.
Lakin vəsadətin qaldırılmasının əsas səbəbi sonda qeyd elunur. Burada 12 yanvar Gümridə 6 nəfəri öldürən Valeri Permyakovun Ermənistnan təhvil verilməsinə Rusiyanın rədd cavabına REB-in heç bir tənqidedici bəyanat verməməyi nəzərə çatdırlır.
Qeyd edək ki, Levon Mukanyan sosial şəbəkələrdə anti-Rusiya siyasətindən qaçmağı tövsiyyə edərək, etirazçıları marionet davranışda günahlandırıb.