Sabahın hava proqnozu...

18-01-2015, 14:14   
Sabahın hava proqnozu...
Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, şimal küləyi 8-13 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s, arabir 15 m/s çatacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq. Havanın temperaturu gecə 5-10° şaxta, dağlarda 13-17° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Şərq küləyinin 5-10 m/s çatacağı gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı olacaq.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-8° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaqdır. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar