Yanaqları deşik olan oğlanın dili də ilan dili kimi yarıqdır
23 yaşlı pirsinq və tatuaj həvəskarı olan gənc yanaqlarını deşib halqa taxıb.
ANS PRESS-in məlumatına görə, Almaniyanın Küssaberq şəhərində yaşayan Coel Miqlerin yanaqlarına baxanda onun çənəsi və dişləri görünür. Bundan başqa onun dili də ilan dili kimi yarıqdır.
Coel Miqlerin bədənində cəmi 27 pirsinq və implant var. Onun bu həvəsi ona təxminən 5 min manata başa gəlib.
Gənc oğlan özü isə bildirib ki, yanağındakı deşiklər onun sadəcə xarici görünüşünü dəyişib, həyatında başqa heç bir dəyişikliyə səbəb olmayıb.
Oğlan qəribə xarici görünüşünün onun sevgi həyatına mənfi təsir etmədiyini də deyib. Onun birlikdə olduğu qız da pirsinq və tatuaj ustasıdır.