Mühafizəçilər Prezident Administrasiyasına yürüş etdi FOTO VİDEO

19-01-2015, 22:18   
Mühafizəçilər Prezident Administrasiyasına yürüş etdi FOTO VİDEO
[media=https://www.youtube.com/watch?v=hyXOiH2zmoU]
DİN-in nəzdində olan şirkət 4 aydır ki, işçilərinə maaş vermir

Daxili İşlər Nazirliyinin nəzdində olduğu bildirilən "Qala" Beynəlxalq Təhlükəsizlik Şirkətinin və "Azər" Mühafizə Xidmətinin əməkdaşları yanvarın 19-da Bakıda aksiya keçiriblər. Aksiyaya səbəb əməkdaşların maaş problemidir.
Aksiyaçılar əvvəlcə Daxili İşlər Nazirliyinin, sonra isə Milli Məclisin və oradan da Prezident Administrasiyasının binaları qarşısında toplaşıblar.

Aksiya iştirakçıları “avropa.info”ya bildiriblər ki, hər iki şirkətin rəhbəri olan Vüqar Hüseynov öncədən onlardan minimum 1000 manat, maksimum isə 10 min manat depozit alaraq, onları adıçəkilən şirkətlərdə işə qəbul edib. Lakin işçilər 3-4 ay əməkhaqqı aldıqdan sonra maaşları verilməyib. Əməkdaşlar deyiblər ki, şirkətin rəhbəri Vüqar Hüseynov həbs olunub, lakin onların verdikləri depozit geri qaytarılmır və dörd aylıq maaşları verilmir. Uzun müddətdir etiraz etmələrinə baxmayaraq, problemləri həll olunmur. Bu səbəbdən də şirkətlərə lisenziya verən DİN-ə şikayət üçün gəliblər.

DİN-də etirazçıların bir nəfər nümayəndəsini problemi dinləmək üçün qəbul ediblər.

PA-da da etirazçıların nümayəndəsi qəbul edilib və onlara DİN-ə müraciət etmək tövsiyə olunub.









0 1
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar