Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yanvarın 16-dan 17-nə keçən gecə Bakıda avtoxuliqanlara və sərxoş sürücülərə qarşı reyd keçirib. Reydə 100-dən çox yol polisi əməkdaşı cəlb edilib. Reyd zamanı 52-ə sərxoş sürücü, 10 avtoxuliqan saxlanılıb. Sərxoş sürücülər arasında 8 qadın da olub.
Reyd zamanı həmçinin yol polisi əməkdaşı, serjant Gülhüseyn Əliyevin halı pisləşib və o dərhal xəstəxanaya yerləşdirilib. Məlumata görə, DYP əməkdaşının halı pisləşdiyi üçün onu Gömrük Hospitalına aparıblar. Burada isə həkimlər polisdən 180 manat müayinəpulu tələb ediblər. Polis bu qədər pulu olmadığını dedikdə isə həkimlər onu komandirinə zəng etməyə məcbur ediblər. Polis serjantı komandirindən 180 manat pulun həkimlərə çatdırılmasını xahiş edib. Bir saata yaxın vaxt ərzində pul həkimlərə çatandan sonra polisi müayinə edərək ona dərman yazıblar.(faktxeber.com)