Apa.az-da 2022-ci ilə qədər müəllim kontingentinin əməkhaqqısının mərhələli şəkildə artacağı ilə bağlı xəbər yer alıb. Maraqlıdır, onsuz da əsgəri maaşla dolanan müəllim heyətini daha 7 il ümidlə gözləməyə vadar etmək nə dərəcədə məntiqlidir?Analoqsuz inkişafa malik Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər müəllimlərin əmək haqqını niyə bu gün və ya yaxın 1-2 ildə deyil, məhz 7 il müddətində artırmağı planlaşdırır?
Bildirək ki, bununla bağlı "Azərbaycanda müəllim üsyanı başlayır" adlı yazımızda real durumun rəsmi təblixatdan fərqli olduğunu qeyd etmişdik. Bununla bağlı moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı maaş artımı ilə bağlı səsləndirilən bu kimi açıqlamaların reallaşacağına inanmadığını vurğuladı:"Bu informasiyalar cəmiyyətin böyük bir təbəqəsini əhatə edən təhsil işçilərinin, elm adamlarının ümidlərinin, gözləntilərinin manipulyasiyasına yönəldilmiş, real nəticələri olmayacaq yalan məlumatlardır. Həyatımız belə dezinformasiyaların nə zaman reallaşacağını gözləməklə keçib. Özünüz düşünün, 7 il sonra dünyada və ölkədə pulun dəyəri necə olacaq?!”