Erməni batalyonunu məhv edən 15 yaşlı azərbaycanlı – Foto

20-01-2015, 21:33   

Könüllü Qarabağ müharibəsinə qatılaraq ermənilərin “Arabo” batalyonunun məhvində iştirak edən 15 yaşlı azərbaycanlı döyüşçünün fotosu yayılıb.

Axar.az xəbər verir ki, foto Feysbuk sosial şəbəkəsində “Karabakh War Pictures” səhifəsindən paylaşılıb.

Paylaşımda Razim Dəmirovun 15 yaşındaykən məktəbdən qaçıb cəbhəyə getdiyi üçün oxuduğu məktəbdən qovulduğu qeyd olunub.

O, Gəncə batalyonunun tərkibində ən ağır döyüşlərdə qəhrəmancasına döyüşüb və ”Arabo” batalyonunun məhvində şəxsən iştirak edib.

Qeyd edək ki, Ağdərə əməliyyatı zamanı, 29 iyun 1992-ci ildə Həsənqaya yaxınlığında 123-cü alayın 4-cü (Gəncə) batalyonu Xocalı, Ağdaban, Qaradağlı qətliamlarını törətmiş ermənilərin elit hərbi bölməsi sayılan “Arabo” dəstəsini mühasirəyə alaraq, 5 saat ərzində tamamilə məhv edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar