Müğənni-rəqqasə Sevda Sanəliyeva övladını itirdiyini etiraf edib.
Bu barədə ATV telekanalında yayımlanan “Öz aramızda” verilişinə qonaq olan sənətçi özü danışıb:
“Övlad itkisi qadının başına gələ biləcək ən ağır, pis hadisədir. Üç-dörd il əvvəl olmuş bu hadisə haqqında heç vaxt danışmamışam. Övladım 6 aylığında tələf oldu. Depressiyaya düşdüm. Sənətdən uzaqlaşdım. Hər dəfə geri qayıtmağa çalışırdım, amma alınmırdı. Övladım qarnımda böyüyürdü, onu görmüşdüm, hiss etmişdim. Bu ağır itki idi”.
Qeyd edək ki, S.Sanəliyeva indiyədək ailə həyatı qurmayıb. Aparıcı Zaur Baxşəliyev isə Sevdanın yaxın günlərdə ərə gedəcəyi xəbərini verib.