Hər iki məmurun səhhətindəki problemlərlə bağlı Almaniyada olduğu bildirilir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 20 yanvar şəhidlərinin anım mərasimində də görünməyib. Bu da yenidən Ramiz Mehdiyevin səhhətilə bağlı xarici ölkələrdən birinə getməsi məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Ramiz Mehdiyev dekabrın 12-də mərhum Heydər Əliyevin mərasiminə qatılmayandan sonra onun səhhətində ciddi problem yaranması barədə məlumat yayılıb. Məlumatda deyilir ki, PA rəhbəri müalicə üçün Avropa ölkələrindən birinə gedib. Bəzi məlumatlara görə, Ramiz Mehdiyev Almaniyada müalicə olunur. Ramiz Mehdiyevin yanvarın 10-da Ilham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də iştirak etməməsi yayılan məlumatın əsassız olmadığı qənaətini yaradıb. Bundan başqa Ramiz Mehdiyevin səhhətində problem olması ilə bağlı xəbər indiyə qədər rəsmi şəkildə təkzib olunmayıb.
20 yanvar şəhidlərinin anım mərasiminə baş prokuror Zakir Qaralov da qatılmayıb. Onun da Almaniyada müalicə olunduğu barədə iddialar var.